Uşaqlarda qastroskopiya (endoskopiya) və kolonoskopiya

Kolonoskopiya

Uşaqlarda kolonoskopiya yoğun bağırsağın içini xüsusi kamera vasitəsilə görmək üçün edilən bir müayinədir. Bu üsul uzun müddətli qarın ağrısı, qanlı nəcis, səbəbi bilinməyən ishal, kilo ala bilməmə və ya bağırsaq iltihabı şübhəsi olduqda istifadə olunur. Kolonoskopiya vasitəsilə bağırsaqda yara, iltihab, polip və ya başqa problemlər olub-olmadığı müəyyən edilir, eyni zamanda poliplərin kəsilərək xaric edilməsi və bəzi müalicəvi proseduralar (arqonla yaraların yandırılması, qanaxma zamanı müdaxilə vəs)da icra oluna bilir. Müayinə zamanı lazım olarsa kiçik toxuma nümunəsi (biopsiya) də götürülə bilər və bu, ağrı vermir. Uşaqlar adətən sedasiya altında olduqları üçün prosedur zamanı narahatlıq hiss etmirlər. Doğru diaqnoz qoyulması və uyğun müalicənin seçilməsi üçün kolonoskopiya çox vacib bir müayinədir.

Qastroskopiya

Uşaqlarda qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın içini kamera ilə görmək üçün edilən müayinədir. Uzun sürən qarın ağrısı, qusma, qanazlığı, udma çətinliyi, qanlı qusma, reflüks və ya çölyak xəstəliyi şübhəsi olduqda istifadə olunur. Müayinə zamanı həkim mədədə iltihab, yara, reflüks zədəsi və ya başqa problemləri birbaşa görə bilir. Lazım olduqda ağrısız şəkildə kiçik toxuma nümunəsi — biopsiya da götürülür. Uşaqlar prosedur zamanı adətən sedasiya altında olduqları üçün ağrı hiss etmirlər. Qastroskopiya zamanı həmçinin yemək borusu və ya mədədən yad cisimləri çıxarmaq da mümkündür. Bundan başqa bəzi diaqnostik və müalicəvi proseduraları (band liqasyonu, yemək borusu varikoz damarlarının skleroterapiyası, qanama zamanı müdaxilə və s) da icra etmək mümkündür.Qastroskopiya bir çox həzm sistemi xəstəliyinin düzgün diaqnozu və müalicəsi üçün çox dəyərli müayinə üsuludur.



Bizi sosial mediada izləyin