
Öd kisəsindəki daşlardan yaranan ağrı (öd kolikası)
Öd kisəsinin infeksiyası (xolesistit)
Öd kisəsini boşaldan kanallarda öd axınına mane ola bilən daşlar (xoledoxolitiaz)
Pankreasın iltihabı (pankreatit)
Öd daşı öd axarlarını tıxayarsa uşaqlarda aşağıdakı əlamətlər görülür:
Bulantı və ya qusma
Qızdırma, titrəmə və ya tərləmə
Dəri və gözlərdə saralma(sarılıq)
Sidiyin tündləşməsi, nəcisin açıq rəngdə olması
Öd daşı olan uşaqlar 2 qrupa bölünür: simptomu olanlar(ağrı və s), simptomsuz olanlar.
Simptomu olan uşaqlar qan analizləri, ultrasəs müayinəsindən keçməli və planlı əməliyyat olmalıdır
Simptomu olmayanlar isə izlənə bilir. Bunun tək istisnası oraqvari hüceyrəli anemiyasıdır(OHA). OHA olan uşaqlarda öd kisəsində daş varsa çıxarılmalıdır. Lazım gəlsə dərman müalicəsi də başlana bilər. Dərman müalicəsi uzunmüddətli olmalıdır (bəzən 12-18ay). Effektliyi 7.2%-dir.
Diaqnoz qoymaq üçün ultrasəs müayinəsindən istifadə edilir. Əməliyyat açıq və qapalı olmaqla 2 cür aparılır. Qapalı üsul daha az invazivdir.