
Öd daşları qaraciyərin altında yerləşən kiçik bir orqan olan öd kisəsində həzm mayesinin bərkiyərək daşlaşmasıdır. Bu vəziyyət böyüklərdə daha çox rast gəlinsə də, uşaqların təxminən 2 faizində öd daşı xəstəliyinə rast gəlinir. Öd daşının başqa bir adı da xolelitiyazdır.
Bir çox insanlar fərqində olmadan öd kisəsində daş olur. Ancaq bəzən öd kisəsi iltihablanır və ya öd daşı kanala və ya keçid yoluna keçərək tıxanma yaradır. Bu baş verdikdə, uşaqlarda qarın ağrısı, ürəkbulanma, qusma və/və ya qızdırma ola bilər
Əsas şikayət qarının sağ yuxarı və ya orta yuxarı hissəsində olan ağrıdır
Öd kisəsi yeməklər arasında ödün (xolesterol, öd piqmentləri, öd duzları və sudan ibarət maye) saxlandığı yerdir. Uşağınız yemək yedikdə, qida həzminə kömək etmək üçün öd kisəsindən bağırsaqlara axır. Bəzən ödün hissələri sərtləşir və kristallar əmələ gətirir. Kristal böyüdükdə öd daşına çevrilir. Öd daşları ödün bağırsağa axmasına mane ola bilər.
Uşaqlarda öd daşlarının səbəbi məlum deyil, lakin bəzi uşaqlarda daha tez-tez baş verir. Öd daşı üçün risk faktorları:
Aşağı doğum çəkisi ilə vaxtından əvvəl doğulan uşaqlarda
Çox kilolu, yağlı yemək yeyənlərdə
Qarın boşluğunda əməliyyat keçirənlərdə
Kistik fibroz olanlarda
Hemolitik anemiyası olanlarda
Oraq hüceyrəli anemiyası olanlarda
İmmun sistemi pozğunluğu olanlarda
İntravenöz qidalanma istifadə edənlərdə
Ailədə öd daşı xəstəliyi olanlarda
Uzun müddət və yüksək dozada Seftriakson istifadə edənlərdə