Uşaqlarda malnutrisyon


  • Malnutrisyon : Böyümə və inkişaf üçün lazım olan qida maddələrinin orqanizmdəki tarazlığı pozacaqnşəkildə qeyri-kafi və ya uyğunsuz alınması nəticəsində ortaya çıxan klinik vəziyyətdir.

  • Malnutrisyon hər yönüylə qeyri-kafi qidalanma (arıqlıq-wasting,  boyun balaca qalması-stunting, qeyri-kafi kilo alma-underweight), qeyri-kafi vitamin və ya mineral alma, çox kilolu olma(overweight), piylənmə (obesity) nəticəsində ortaya çıxan, dieta ilə əlaqədar olan yoluxucu olmayan bir xəstəlikdir

  • Dünyada 1.9 milyard insan kilolu və ya artıq çəkidən, 462 milyon insan isə kilosunun azolmasından(arıglıgdan) əziyyət çəkir

  • 2020ci il verilərinə görə bütün dünyada 5 yaşdan kiçik 45 milyon uşaq arıg olmagdan (boyuna görə çox arıg) və 38.9 milyon uşag isə kilolu olmag və ya piylənmədən əziyyət çəkir

  • Malnutrisyondan hər il AİDS, Malyariya və Vərəmin toplamından daha çox uşaq ölür

  • Günümüzdə 5 yaşdan kiçik uşaq ölümlərinin haradasa yarısının qaynağı qeyri-kafi qidalanmadır

  • Qeyri-kafi qidalanmanın birbaşa təsirləri kilo itirmə-arıqlama(wasting), qısa boy(stunting), koqnitiv funksiyaların və immun sistemin zəifləməsidir

  • Ağır vəziytətlərdə vücud həyatda qalmaq üçün əzələlərini və orqanlarını kiçildir

  • Qeyri-kafi qidalanma zamanı bədən infeksiyonlarla mübarizə etmək qabiliyyətini itirir və sadə bir infeksiya ölümcül seyr edə bilir

  • Qeyri-kafi qidalanan uşaqların çoxu həyatlarının geri qalan hissəsində öyrənmədə çətinlik çəkir

  • Şiddətli yetərsiz qidalanmadan qaynaqlanan problemlərin çoxunun qarşısı alına bilsə də, geri döndürülə bilmir...

  • Qeyri-kafi qidalanmayla ilə əlaqədar olaraq hər il 3.1 milyon uşaq ölməkdədir

  • 5 yaşdan kiçik normal qidalanan uşaqlara nisbətən orta dərəcədə arığlıq ölüm riskini 3 qat artırır

  • Şiddətli malnutrisyon normal qidalananlara nisbətən ölüm riskini 9 qat artırır

  • Ona görə də malnutrisyon riskini və malnutrisyonun özünü vaxtında aşkar edib, səbəbini araşdırmaq və səbəbinə görə müalicə etmək çox önəmlidir


Bizi sosial mediada izləyin