Uşaqlarda iştahsızlıq problem 1

Uşaqlarda iştahsızlık olduqca geniş yayılmış bir vəziyyətdir və əsasən böyümə dönəmlərində sıx
görülür. Ancaq bu vəziyyət valideynlər üçün narahat edicidir. Bu vəziyyətlə əlaqəli olaraq
valideynlərə kömək olacaq məsləhətlər:

1. Məcbur etməyin:
🔸 Uşağınızı yeməyə məcbur etmək çox vaxt əks təsir göstərir və yeməyə qarşı mənfi
hisslərin inkişafına səbəb ola bilər.
🔸 Yəmək saatlarını xoş keçirin və uşağın fiziolojik aclıq hissinə hörmətlə yanaşın.

2. Mütəmadi yemək saatları təyin edin:
🔸 Gün ərzində müntəzəm yemək və qəlyanaltı saatlarını planlayın. Beləliklə artıq yemək
saatına yaxın aclıq hiss edəcək.
🔸 Ara qida qəbulunun həddindən artıq olmasına yol verməyin; bu, əsas qidalanma zamanı
iştahanın azalmasına səbəb ola bilər.

3. Yeməkləri əyləncəli edin
🔸 Rəngarəng tərəvəz və meyvələrdən istifadə edərək vizual olaraq maraqlı və kreativ qida
təqdimatı hazırlayın.
🔸 Qidalanma prosesini oyun elementləri ilə zənginləşdirmək uşağın marağını artırmağa
kömək edə bilər.

4. Nümunə olun
🔸 Uşaqlar valideyn davranışlarını təqlid edir. Sağlam və balanslı qidalanma vərdişləri
nümayiş etdirmək vacibdir..
🔸 Ailəvi süfrə mədəniyyətinə riayət edin və mümkün olduqda birlikdə qidalanmağa
üstünlük verin.

5 Uşağı prosesə cəlb edin
🔸 Yeməyin hazırlanmasına uşağı daxil edin; iştirak etdiyi qidanı qəbul etmə ehtimalı daha
yüksək olur.
🔸 Market və ya bazar alış-verişində meyvə və tərəvəz seçiminə imkan yaradın.

6. Səbirlə yanaşın
🔸 Uşaqlar zaman zaman bəzi yeməkləri rədd edə bilər və ya bəzi yeməkləri durmadan tələb
edə bilər. Bu normaldır və zamanla keçəcək.
🔸 Yeni bir qidanın qəbulu zaman tələb edir. Səbrlə yanaşaraq yorulmadan təkrarlayın.

7. Kiçik Porsiyalar təqdim edin
🔸 Böyük porsiyalar uşaqları yora bilər. Daha kiçik porsiyalarla başlamağınız tövsiyyə
olunur.
🔸 Uşaq əlavə istədikdə porsiyanı artırmaq daha məqsədəuyğundur.
8. Ekrandan uzaq qidalanma

🔸 Qidalanma zamanı televiziya, planşet və digər diqqət yayındırıcı vasitələrdən istifadə
məhdudlaşdırılmalıdır.
🔸 Uşağın diqqəti qidaya və sosial ünsiyyətə yönləndirilməlidir.

9. Maye qəbuluna nəzarət
🔸 Yeməkdən əvvəl və ya yemək zamanı həddindən artıq süd, şirə və digər mayelərin qəbulu
iştahanı azalda bilər.
🔸 Xüsusilə şəkərli içkilərin məhdudlaşdırılması vacibdir.

10. Həkimə müraciət
🔸 Davamlı iştahsızlıq, çəki itkisi və ya inkişaf geriliyi müşahidə edilərsə,mütləq pediatr və uşaq
qastroenteroloqu dəyərləndirməlidir
🔸 Altda yatan tibbi səbəblərin istisna olunması önəmlidir

Hər uşağın fərqlı olduğunu və individual yanaşma tələb etdiyini unutmayın. Səbrli olun və uşağınızın təbii inkişaf müddətində dəstəkçisi olun.

Bizi sosial mediada izləyin