Qəbizlik



Qəbizlik asan dillə desək qəbizlik qatı nəcisin bağırsaqlardan seyrək, çətinliklə, gücənərək çıxarılmasıdır. Hər 100 uşağın 20-25-da qəbizlik görülür. Qəbizliklərin 95% funksiyonal qəbizlikdir, yəni orqanik (anatomik) bir səbəb olmadan olan qəbizliklərdir.

Tək bir səbəbi yoxdur, multifaktoriyaldır. Səbəbləri yaşa bağlı olaraq dəyişir. Adətən əlavə qidalanmaya keçid, sərt qidaları yeməyə başlama, tualetə oturmağa alışma, bağça və ya məktəbə getmə dövründə yaranır. Az su içmə, çox vaxt quru qidalarla qidalanma, bitki lifini az istifadə etmə, şəkərli, hazır alınan məhsullarla qidalanma və az hərəkət etmə qəbizliyi artırır. Bəzən də genetik meylilik rol oynayır.

Həyatın ilk 1 ayında əgər uşaq narahat olmursa hətta 2 həftə və daha çox böyük bayıra getməyə bilər. Qəbizlik zamanı uşağın yoğun bağırsalarında ləngiyən nəcisin su hissəsi sorulur və nəcis sərtləşir. Bu sərt nəcisin çıxarılması zamanı sərt nəcis kütlələri düz bağırsağın selikli qişasını zədələyərək şiddətli ağrı və hətta qanamaya səbəb ola bilər. Bu ağrı və diskomfort səbəbiylə uşaq nəcisə getmək istəmir və nəcisi tutur. Nəcisi tutduqca qəbizlik daha da dərinləşir.

Qəbizlik zamanı qidalanmaya xüsusi fikir verilməli sellüloza ilə zəngin qidalar( ət, meyvə, göyərti, kəpəkli tam buğda unundan hazırlanan məmulatlardan) istifadə olunmalı, süd və süddə hazırlanan qidalardan istifadə etməmək tövsiyyə olunur.

Əgər uşaq 2 yaşını tamamlayıbsa günün müəyyən  saatlarında mütləq qarşokda və ya tualetdə oturmalıdır, çünki ayaqda ikən nəcisi tutmaq daha rahat olur.

Böyük uşaqlar qidalanmaya xüsusən fikir verməli, bol adi su içməli, qara gavalı, ərik, incil kimi sellüloza ilə zəngin meyvələrdən hər fəsildə istifadə etməlidirlər.

Müalicəsində istifadə olunan dərmanlar, probiyotiklər, nəcis yumşaldıcılar və işlədicilərdən istifadə olunur. Bu dərmanların çoxu bağırsaqdan sorulmur, öyrəşmə vermir və vücuda ziyan deyil. Müalicə müddəti uşaqdan-uşağa dəyişir və uzunmüddətli olmalıdır(6-18ay). Aylar və illərlə olan qəbizliklər 1-2aylıq müalicə ilə düzələ bilməz. Müalicə fasiləsiz aparılmalı, mümkünsə müalicəyə ara verilməməlidir. Əgər ara verilirsə onda hər şeyi başdan başlamaq lazımdır. Müalicə müddətində qəbizləşmə görülürsə ya dərman dozası artırılmalı ya da bir neçə günlük yumşaldıcı şamlardan istifadə olunmalıdır.


Bizi sosial mediada izləyin