Uşaqlarda Crohn xəstəliyində qidalanma

Crohn xəstəliyi əsasən yoğun və nazuk bağırsaqların, az hallarda da mədənin selikli qişasında xoralara səbəb olan autoimmun bir xəstəlikdir. Səbəbi dəqiq məlum deyil. Ətraf mühit amilləri, genetikanın rol oynadığı düşünülür. Ağızdan tutmuş anus bölgəsinə qədər istənilən yeri zədələyə bilər. Ən çox nazik bağırsaqların yoğuna keçid yerini (terminal ileum və ileosekal bölgə) zədələyir. Mədə bağırsaq sistemindən başqa autoimmun xəstəlik olduğu üçün gözləri (Uveit), dərini, oynaqları (artrit) da zədələyə bilir. Bu xəstələr ömrü boyu müalicə altında olmalıdırlar. Tam müalicəsi yoxdur, ömrü boyu xəstəliyin ağırlığından asılı olaraq bir sıra dərmanlar qəbul edilir. Əgər içilən dərmanlar fayda etmirsə o zaman dərmanlar beynəlxalq protokola görə sadədən mürəkkəbə doğru gedərək dəyişdirilməlidir.

Crohn xəstəliyində mümkün olduğu qədər cərrahi əməliyyat önərilmir.

Bu xəstəliyin müalicəsində qidalanma çox vacib rol oynayır. Çünki belə xəstələrin kilosu az olur (nazik bağırsaqlar zədələndiyi üçün), xəstələr zəif olur, müxtəlif vitamin əksikliyi görülə bilir. Bundan əlavə xəstəliyin müalicəsində istifadə olunan dərmanlar da orqanizmdə, Ca, Dvitamini əksikliyi yarada bilir.

Biz bu yazımızda qısaca Crohn xəstəliyində nələri yemək lazımdır, nələri yemək olmaz haqqında bəhs edəciyik.

Crohn xəstəliyində bağırsaqların divarı zədələndiyinə görə süd məhsulları (laktoz intoleransı sıx görülür), baharatlı, qaz əmələ gətirən, ishala səbəb olan, qızardılımış və qıcıqlandırıcı qidalardan uzaq durulmalıdır. Çox sayda diyeta (FODMAP, qlutensiz, karbohidart və s) yoxlanmış amma məsləhət görülən heç bir spesifik dieta yoxdur. Sadəcə bəzi qidalardan uzaq durmaq, eyni zamanda tərkibində K,D,C,B vitaminləri, Ca, Sink olan qidalardan istifadə etmək məsləhət görülür.

İstifadəsi məsləhət olan qidalar:


Tərkibində şəkər olmayan az yağlı yoqurt (qatıq) bir miqdar istifadə edilə bilər.

Yağlı balıqlar istifadə edilə bilər

Qoz, kətan toxumu istifadə edilə bilər

Kartof, düyü, yulaf istifadə edilə bilər

Meyvələr bişirilərək verilməlidir

Alma (qabıqsız bişmiş), yerkökü (bişmiş və çəngəllə əzilmiş), balqabaq, yaşıl lobya, banan, moruq, avakado

Göy göyərti yeyilə bilər, humus

Toyuq, hind quşu (hinduşka), yumurta

Bol su içilməli, vitaminlər qəbul edilə bilər

Probiotiklər müalicədə istifadə olunmur, amma bəzi hallarda qəbul edilə bilər

Nələri yemək olmaz?

İnək südü, qaymaq, dondurma, muhalləvi

Brüksel kələmi, kələm, brokoli, karnıbahar, genəbaxan tumu, qulançar

Kərə yağı, yağlı pendir,qızardılmış və baharatlı yeməklər, pendirli yeməklər

Kofe, çay, energetik içkilər

Qarğıdalı, meyvə qurusu, qabıqlı çiy meyvələr

Fast-food, konservə qidalar, paketli qidalar, kremli şirniyyatlar, ağır xəmir xörəkləri

Peçenyə, bal, ağcaqayın siropu, hazır şəkərlər

Soda, şərbətli içkilər, alkohol, tərkibində aspartam, saxarin olan qidalar

Qırmızı ətlər:  mal, quzu, dana, donuz əti (bunlar iltihablanma riskini artırır)

İşlənmiş ətlər: bekon, kolbasa, sosiska (bunlar iltihablanma riskini artırır)

Hid qozu yağı, palma yağı, nehrə yağı

Son olaraq

Əgər həkiminiz və ya diyetoloqunuz sizə məsləhət görməyibsə ailənizin, dostunuzun, qonşunuzun, bu sahədə təcrübəsi olmayan digər həkimlərin önərdiyi və ya internetdə reklam olunan xüsusi pəhriz növlərindən istifadə etməyin!

Çünki dərmanlar kimi bu dietaların da əlavə təsirləri var və zəif uşaqlarda qida balansını poza bilər. Xüsusən digər ixtisas həkimləri və ya ailədən kiminsə təkidi ilə bitki tərkibli bioloji fəallığa malik olan qida əlavələri qəbul etməyin!

Xəstəliyin aktiv dönəmində zülal tərkibli qidalara üstünlük verin (toyuq, hind quşu əti, balıq, yumurta, qoz yağı, lobya-yaşıl,çia toxumu vəs )

Əgər gün ərzində boş nəcisə gedirsinizsə və ya qəbzliyiniz varsa bol su, bulyon. Oral rehidratasyon mayeləri qəbul edin.

Əgər qeyri-iradi kilo vermisinizsə, iştahsızsınızsa az-az tez-tez qidalanın, ən azından qəlyanaltı şəklində olan qidalardan istifadə edin

Əgər xəstəliyiniz remissiya fazasındadırsa o zaman pəhrizinizi nisbətən genişləndirə daha çox meyvə tərəvəz, taxıllar, tərəvəzlər, qoz-fındıq yeyə bilərsiniz.

Xatırladaq ki, ciddi diyeta xəstəliyin aktiv fazasında gözlənməlidir. Xəstəlik remissiyada isə kontrollu bir şəkildə dietanı yavaş-yavaş genişləndirmək olar

 

İstifadə olunmuş ədəbiyyat:

Levine A, Rhodes JM, Lindsay JO, et al. Dietary Guidance From the International Organization for the Study of Inflammatory Bowel Diseases. Clin Gastroenterol Hepatol. 2020 May;18(6):1381-1392. doi: 10.1016/j.cgh.2020.01.046. Epub 2020 Feb 15. PMID: 32068150.

Eylem SEVİNÇ, Banu Demet ÖZEL COŞKUN,Kübra AKAN. Güncel Gastroenteroloji Dergisi • 2024;26(2): 99-103

Öznur Aydın, Arzu Kabasakal Çetin, Gülhan Samurp.2021.39019. Pediatrik İnflamatuvar Bağırsak Hastalıklarında Güncel Beslenme Tedavisi Yaklaşımları. J Curr Pediatr 2022;20(1):103-115 DOI: 10.4274/jc  

Levine A, Rhodes JM, Lindsay JO, et al. Dietary Guidance From the International Organization for the Study of Inflammatory Bowel Diseases. Clin Gastroenterol Hepatol. 2020;18(6):1381-1392. doi:10.1016/j.cgh.2020.01.046

Werlang ME, Sim LA, Lebow JR, Lacy BE. Assessing for Eating Disorders: A Primer for Gastroenterologists. Am J Gastroenterol. 2021;116(1):68-76. doi:10.14309/ajg.0000000000001029

 

 

 

 

 

 

Bizi sosial mediada izləyin