Qastroezofaqal reflüksü olan uşaqlarda qidalanma
Qısaca olaraq qastroezofaqal reflüks qida maddələrinin hər hansı bir güc sərf etmədən mədədən ağıza gəlməsidir. Bu hər yaşda olan uşaqlarda görülə bilər. Daha çox 1yaşdan balaca olan, xüsusən də həyatın ilk 4-5ayında görülən bir haldır. Əgər uşaqda kilo itkisi və ya hər hansısa ciddi bir əlavə təsirə səbəb olmursa buna qastroezofaqal reflüks (fizioloji) deyilir. Əgər uşaq kilo ala bilmirsə, qidadan imtina edirsə və ya daha böyük yaşlı uşaqlarda döş sümüyü arxasında yanma, qusma, öskürək, boğazda acı dad, otit və s kimi simptomlara səbəb olursa bu halda buna qastroezofaqal reflüks xəstəliyi deyilir.
Böyük yaşlı uşaqlarda həmişə patolojikdir. Çox sayıda səbəbi var. Qidalanma tərzi, anatomik deffekt, stress kimi amillər çox vacib rol oynayır.
Reflüksü olan uşaqlarda qidalanmanın əsas prinsipləri aşağıdakı kimi olmalıdır:
Az-az, tez-tez qidalanmaq
Daha qatı qidalar qəbul etmək
Əgər körpə isə qidalandırdıqdan sonra 30 dəq kimi dik tutmaq
Qidalanan kimi yatmamaq (qida qəbulu ilə yuxu arasında 2saat ara olmalıdır-böyük uşaqlar üçün)
Qarnı sıxan geyimlər olmaz
Hansı qidalardan uzaq durmaq lazımdır?
Turş qidalardan: sitrus meyvələri (apelsin, portağal, limon, qreyfrut), pomidor (ketçup, pomidor şorbası, pomidor sousu) tomat, ananas, kivi, hazır meyvə şirələri, kofe, çay və qazlı içkilər (kola)
Yağlı və qızardılmış qidalar: fast-food, yağlı ət onlar mədə boşalmanı geciktirə və reflüksə səbəb ola bilər
Kəskin qidalar: istiot, soğan, sarımsaq, baharatlar
Şokolad-tərkibində kofein və yağ olduğu üçün reflüksə səbəb olur
Nanə cövhər, nanəli qidalar
Tərkibində kakao olan qidalar
Hansı qidalar faydalıdır?
Tərəvəzlər: brokoli, kök, kabaçka, balqabaq, xiyar, yaşıl noxud
Meyvələr: banan, qabıqsız alma, armud
Sıyıqlar (kaşalar): düyü, yulaf
Ət və balıq: yağsız ət, parda bişmiş, qaynadılmış ət, toyuq əti, hindoi əti
Laktozasız süd
Az yağlı qatıq, kəsmik (bəzi uşaqlarda simptomları artıra bilir, ona görə fərdi yanaşmaq lazımdır)
Əgər reflüks davam edirsə və ya ağırlaşırsa o zaman həkimə müraciət edin