Uşaqlarda qarın ağrısına yanaşma



Uşaglarda kəskin qarın ağrısı diaqnozunun qoyulması ciddi bir problemdir. Kəskin qarın ağrılarının çoxu xoş gedişli olsa da bəzi hallarda morbiditəyi ən aza endirmək üçün erkən diaqnoz və müalicə çox vacibdir. Çox sayda xəstəlik qarın ağrısına səbəb ola bilər. Ən sıx görülən hal kəskin qastroenterit, ən sıx görülən cərrahi vəziyyət  isə kəskin apendisitdir. Bəzi xəstələrdə diaqnoz anamnez və xəstənin fiziki müayinəsi ilə qoyulur. Burada xəstənin yaşı çox önəmlidir, çünki bəzi xəstəliklərin əlamət və görülmə sıxlığı yaşa görə dəyişir. Kəskin cərrahi xəstəliklərdə ağrı kusmadan əvvəl gələrkən, cərrahi olmayan vəziyyətlərdə bunun tərsi görülür. Ishal əksər hallarda qastroenterit və qida zəhərlənmələrində görülür. Qarın müayinəsində qeyri-iradi defans, gərginlik, qarında şişlik, qarında həssaslıq kəskin cərrahi patologiya düşündürür. Əgər ilk müayinədən sonra diaqnoz qoyula bilmirsə eyni həkim tərəfindən təkrar fizik müayinə olunmalıdır. Burada görüntüləmə çox önəmlidir, kəskin bir cərrahi patologiyadan şüphələnilirsə cərrahdan konsultasiya istəmək lazımdır. Qarın ağrısı uşaqlarda sıx görüldüyü və çox zaman öz –özünə düzələn bir problem olmasına baxmayaraq bəzən kəskin bir cərrahi xəstəliyin əlaməti də ola bilər, buna görə də diaqnozu vaxtında qoymag çox vacibdir.

Uşaqlarda qarın ağrısının səbəblər:

  1. Qastrointestinal səbəblər:

    1. Qastroenterit

    2. Apendisit

    3. Mezenterik limfadenit

    4. Qəbizlik

    5. Abdominal travma

    6. Bağırsaq keçməzliyi

    7. Peritonit 

    8. Qida zəhərlənməsi

    9. Peptik xora

    10. Meckel divertikulu

    11. İnflamatuar bağırsaq xəstəliyi

    12. Laktoza intoleransı


  1. Qaraciyər, dalaq və öd yolları xəstəlikləri

    1. Hepatit 

    2. Xolesistit 

    3. Xolelitiazis

    4. Dalaq infarktı

    5. Dalağın deşilməsi

    6. Pankreatit  

  2. Genito-urinar səbəblər

    1. Sidik yolları infeksiyası

    2. Urinar daş

    3. Dismenorreya 

    4. Mittelschmerz

    5. Pelvik iltihabi xəstəliklər

    6. Abort təhlükəsi

    7. Ektopik hamiləlik

    8. Over/testis burulması

    9. Endometrioz 

    10. Hematokolpos 


  1. Metabolik xəstəliklər

    1. Diyabetik ketoasidoz

    2. Hipoglisemiya

    3. Porfiriya 

    4. Kəskin adrenal çatışmamazlığı


  1. Qan xəstəlikləri

    1. Oraq hüceyrəli anemiya 

    2. Henoch-Schönlein purpurası

    3. Hemolitik-üremik sindrom


  1. Dərman və Toksinlər

    1. Eritromisin 

    2. Salisilat 

    3. Qurğuşun zəhərlənməsi

    4. Venom (ilan zəhəri)


  1. Ağciyərlərdən olan səbəblər

    1. Pnevmoniya 

    2. Diyafraqmatik 

    3. Plöreziya


  1. Digər səbəblər

    1. İnfantil kolika 

    2. Fonksiyonal ağrı

    3. Faringit 

    4. Anqionevrotik köp

    5. Ailəvi Aralıqdənizi Qızdırması(FMF)


Bizi sosial mediada izləyin