Vitaminlər və mikroelementlər haqqında ümumi məlumat



Yağda həll olan vitaminlər: A, D, E, K vitaminləri

Suda həll olan vitaminlər: B kompleksi vitaminlər, C vitamini, fol turşusu

A vitamini

A vitamini görmə, immun sistem, cinsiyyət sistemi, dəri, hüceyrə inkişafında önəmlidir.

Avitamini olan qidalar: qaraciyər, yumurta, balıq, kartof, pomidor, bibər,  ispanaq, brokoli, kök kimi tərəvəzlər, yemiş, mango, qreyfrut  kimi meyvələr, süd məhsulları.

A vitamini çatışmazlığında görülə biləcək patologiyalar: Biot ləkələri, gecə korluğu, kseroftalmiya, tənəffüs yolu infeksiyaları, ishal.

A vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay 400 mkrq

7-12 ay  500 mkrq

1-3 yaş 300 mkrq

4-8 yaş 400 mkrq

9-13 yaş 600 mkrq

14 yaşdan yuxarı 900 mkrq

A vitaminin profilaktikası .

Dünyada təxminən 190 milyon məktəbə qədər uşaqda Avitamini çatışmazlığına rastalnır. ÜSTün (Ümumdünya Səhiyyə Təşkilatı) 6ay- 5 yaş arasıdakı uşaqlara Avitamini profilaktikası tövsiyyəsi:

6ay ara ilə tək bir doza

1yaşa qədər 100 000 IU, sonra 200 000 IU

19 ölkədə 1.223.856 uşaq arasında aparılan araşdırmada A vitamin profilkatikasının qızılca , tənəffüs yolları infeksiyası və menengitdən ölümləri azaltdığı müşahidə olunmuşdur.

D vitamini

D vitamini yağda həll olan və orqanizmdə ehtiyat halda depolanan steroid qrupuna aid vitamindir.

D vitamini təbii şəkildə çox az qidada vardır (süd, qatıq, pendir, kərə yağı, yumurta, balıq yağı, somon balığı, ton balığı, göbələk). Günəşin ultra bənövşəyi şüalarının təsiri ilə dəridə sintez edilir.

Doğumdan etibarən bütün körpələrə 400 IU D vitamini verilməsi tövsiyyə edilir.

D vitamininin orqanizmdə aşağıdakı funksiyaları vardır:

-Bağırsaqdan kalsiumun sorulmasını

-Qanda kalsium və fosfor səviyyəsinin tənzimlənməsi

-Sümüklərin minerllaşması

-İmmun funksiyalar

-İltihabın azaldılması

-Hüceyrənin proliferasiyası, ixtisaslaşması və apoptozu

Gündəlik tövsiyyə edilən D vitamini miqdarı

0-6 ay 400 IU 

7-12 ay 400 IU

1-3 yaş 600 IU

4-8 yaş 600  IU

9-13 yaş 600 IU

14 yaşdan yuxarı 600 IU

D vitamini çatışmazlığının səbəbləri: 

-Gündəlik D vitaminin  yetərsiz qəbulu

-Yetərli günəş işığı almamaq

-Malobsorbsiya/Malnutrusiya

-Xolestaz/Sirroz

D vitamini azlığı və çatışmazlığı

Ən doğru göstəricisi qanda 25 (OH) D vitamini ölçümüdür.

D vitamin azlığı < 20 ng/mL

D vitamini çatışmazlığı <30 ng/mL

D vitamini ilə əlaqəli xəstəliklər:

-Raxit

-Diş çürükləri

-Periodontit

-Autizm

-Preeklampsiya

-Premature

-İnfeksiyon xəstəliklər

-Nevroloji xəstəliklər

-Depresiya

-Tip 1 və 2 diabet

-Autoimmun xəstəliklər

-Xərçəng

Raxitin müalicəsi

Uzun müddətli müalicə.

4-6 həftə 1.000-10.000 IU/gün 

Hipokalsiemiya varsa 50-100 mq/kq/gün kalsium

Stoss müalicəsi ( 1 gündə yüksək dozada D vitamini verilməsidir).

300.000-600.000 IU tək və ya bölünmüş oral və əzələ daxili

Hipokalsemiyanın qarşısını almaq üçün 50-100 mq/kq/gün kalsium

Dvitamini və Autizm

Autistik uşaqların bətndaxili inkişafının 3 cü ayında, doğumda və 8 yaşında Dvitamini səviyyələrinin düşük olduğu göstərilmişdir. Yüksək dozada D vitaminin autistik əlamətləri 75% ə qədər düzəldə bildiyi bildirilmişdir.

Autizmin qarşısını almaq və müalicə etmək üçün hamilələrə və süd verən analara 5000 IU/gün, uşaqlara isə 300 IU/gün dozada (maksimum: 5000 IU/gün) D vitamini verilməsi tövsiyyə olunur.

Hədəf D vitamini dozası : 40-50 ng/mL

E vitamini

Dördü tokoferol(alfa tokoferol, beta tokoferol, qamma tokoferol, delta tokoferol)  və dördü tokotrienol( alfa tokotrienol, beta tokotrienol, qamma tokotrienol, delta tokotrienol) olmaqla yağda həll olan səkkiz fərqli birləşmədən əmələ gələn qrupa verilən addır. E vitamini beyin, göz, qan damar sistemi, dəri üçün önəmli birləşmədir.

E vitamini qaynaqları: Bəzi tərəvəz (ispanaq, çuğundur, brokoli, pomidor) və meyvələr ( kivi, mango), qarğıdalı, fındıq, fıstıq, günəbaxan, avokado, yerfıstığı, zeytun və soya yağları

Evitaminin faydaları nələrdir?

E vitamini insan vücudundakı hüceyrə zarlarını müxtəlif reaktiv oksigen tiplərindən qoruyan və yağda həll olan bir antioksidantdır.

İmmuniteti gücləndirir.

Gen ekspressiyasının tənzimlənməsi və başqa metabolik proseslərdə rolu vardır.

Saya əzələ hüceyrələri, trombositlər və monositlərin çoxalması və ixtisaslaşmasında rol oynayan protein kinaz C fermentini inhibə edər.

Qan hüceyrələrinin damar divarına yapışmasını azaldır.

Trombositlərin aqreqasiyasının qarşısını alır.

Vazodilatasiyada rolu var.

İltihab əleyhinə təsiri vardır.

E vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  4 mg (6 IU)

7-12 ay  5 mg (7,5 IU)

1-3 yaş  6 mg (9 IU)

4-8 yaş 7 mg ( 10,4 IU)

9-13 yaş 11 mg (16,4 IU)

14 yaşdan yuxarı 15 mg (22,4 IU)

K vitamini

K vitamini qanın laxtalanması və sümük metabolizmində önəmli olan vitamindir. 

K vitamini K vitamininə bağlı karbokdilazanın kofaktorudur. 

K vitamini koaqulyasiya ( Faktor II, VII, IX, X) faktorlarını aktivasiya  edir.

Protein C və S  K vitamininə bağlı zülallardır.

K 1 vitamini (2-methyl-1,4 –naphtoquione ) : Yaşıl yarpaqlı tərəvəzlərdən( kələm, ispanaq, brokoli, cəfəri) alınır.

K 2 vitamini (Menaquinone) : ət, pendir və yumurtadan əldə edilir və bağırsaqda bakteriyalar tərəfindən sintez edilir.

K vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  2 mkq

7-12 ay  2.5 mkq

1-3 yaş  30 mkq

4-8 yaş  55 mkq

9-13 yaş  60mkq

14 yaşdan yuxarı  75 mkq

K vitamini çatışmazlığında orqanizmdə görülən ən önəmli əlamət qanamadır. Belə ki kəsilən və ya yaralanan bir hissədə qanın laxtanamasının gecikməsinə bağlı olaraq həddindən artıq qanaxma görülməklə yanaşı , bədəndə hər hansı yara və kəsik olmadan da səbəbsiz qanaxmalar meydana gələ bilər. Bundan başqa bədənin müxtəlif nahiyələrində göyərmə, diş ətində, burunda, dəri və selikli qişalarda qanama müşahidə olunur.

B qrupu vitaminləri

-B1 (Tiamin)

-B2 (Riboflavin)

-B3 (Niasin)

-B5 (Pantoten turşusu)

-B6 (Piridoksin)

-B7 (Biotin)

-B12 (Kobalamin)

 Tiamin (B1 vitamini)

B1 vitamini böyümə və inkişafda, hüceyrələrin funksiyasını yerinə yetirməkdə rol oynayır.

Əsas vəzifəsi qəbul edilən qida maddələrini vücudda enerjiyə çevirməkdir.

Tiamin pirofosfat, qlukoza, amin turşu və lipid metabolizmindəki  beş fermentin əsas kofaktorudur.

B1 vitamini ət, balıq, qatıq, süd, yumurta, kahı, göbələk, çörək, düyü, buğda, bulgur, qarğıdalı, günəbaxan tumu, lobya, mərci, noxud, badımcan, Brüssel kələmi, pomidorda vardır.

Tiamin çatışmazlığı iştahsızlıq, halsızlıq, çəki itkisi, yaddaş zəifliyi, əzələ zəifliyi, ürəkdə ritim pozulması, beriberi xəstəliyinə səbəb ola bilər.

B1 vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  0,2 mq

7-12 ay  0,3 mq

1-3 yaş  0,5 mq

4-8 yaş  0,6 mq

9-13 yaş  0,9 mq

14 yaş üzəri  1,2 mq

Riboflavin (B2 vitamini)

B2 vitamini enerji istehsalı, hüceyrələrin funkisyası, böyümə və inkişafında , yağ, karbohidrat və zülal mübadiləsində rol oynayır.

B2 vitamini ət, yumurta, süd, qatıq, pendir, badam, fındıq, ispanaq, brokoli, Brüssel kələmində vardır.

B2 vitamin çatışmazlığında yağ, zülal karbohidrat mübadiləsində pozulmalar, həzm pronlemləri meydana gələ bilər.Yorğunluq, halsızlıq, iştahsızlıq, depressiya, dəridə qızarıqlıq, ağız və dildə yaralar, saç tökülməsi, konyuktivit, katarakta, anemiya kimi şikayətlər görülə bilər.

B2 vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  0,3 mq

7-12 ay  0,4 mq

1-3 yaş  0,5 mq

4-8 yaş  0,6 mq

9-13 yaş  0,9 mq

14 yaş üzəri  1,3 mq

Piridoksin (B6 vitamini)

B6 vitaminin hormonal sistem, sinir sistemi, immun sistemi və qan hüceyrələrinin sintezi kimi yerlərdə rolu vardır.

Böyrək çatışmazlığı, malabsorbsiya, homosisteinuriya, antiepileptik dərman istifadəsi B6 vitamini çatışmazlığına səbəb ola bilər. 

B6 vitamini kəpəkli taxıllar,yumurta,  noxud,ət,   kartof, ispanaq, kök, portağal, qabaq, qarpız, yemiş, kişmiş, avokado, banan kimi qidalarda vardır.

B6 vitamini çatışmazlığında mikrositar anemiya, dermatit, glossit, halsızlıq, yorğunluq, depressiya, immun çatışmazlığı görülə bilər.

B6 vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  0,1 mq

7-12 ay  0,3 mq

1-3 yaş  0,5 mq

4-8 yaş  0,6 mq

9-13 yaş  1 mq

14 yaş üzəri  1,3 mq

B12 vitamini

B12 vitamini eritrosit sintezi, sinir sistemi funksiyaları və DNT sintezində rol oynayır.

B12 vitamini dəniz məhsulları, süd, qatıq, pendir, yumurta, mərci, noxud, lobya, brokoli, çuğundur, ispanaq, cəfəri kimi məhsullarda vardır.

B12 vitamini çatışmazlığında megaloblastik anemiya, yorğunluq, halsızlıq, iştahsızlıq, qəbizlik, depressiya, unutqanlıq kimi hallar müşahidə oluna bilər. Bundan başqa İntrensek faktor əksikliyi, Transkobalamin II əksikliyi, malabsorbsiya, Çölyak xəstəliyi, Crohn xəstəliyi də rastlanır.

B12 vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  0,4 mkrq

7-12 ay  0,5 mkrq

1-3 yaş  0,9 mkrq

4-8 yaş  1,2 mkrq

9-13 yaş  1,8 mkrq

14 yaş üzəri  2,4 mkrq

C vitamini (Askorbin turşusu)

C vitamini kollagen, L-karnitin və bəzi neurotransmitterlərin biosinteiz üçün gərəklidir. C vitamini anioksidantdır, infeksiya, xərçəng kimi xəstəliklərdən orqanizmi qorumada, yaraların sağalması, damarlar,   diş əti, dəri, immun sistemi üçün faydalıdır.

C vitamini limon, portağal, naringi, kivi, qırmızı və yaşıl bibər, pomidor, cəfəri, kahı, itburnu, ispanaq, brokoli kimi qidalarda vardır.

C vitamini çatışmazlığında uşaqlarda tez-tez xəstələnmə, anemiya, diş ətlərində şişmə və qanama, dəridə qırmızı ləkələr, yaraların çox gec sağalması, halsızlıq, yorğunluq, unutqanlıq  müşahidə oluna bilər. Bundan başqa uşaqlarda c vitamin çatışmazlığı zamanı skorbut xəstəliyinə də rast gəlinir.Skorbut xəstəliyi zamanı iştahsızlıq, böyümə və inkişaf geriliyi, anemiya, halsızlıq, qanama, qol və ayaqlarda ağrı, vücudun bəzi yerlrərində ödem, dəri problemləri (hiperkeratoz, yaraların sağalmasının gecikməsi) müşahidə olunur. C vitamini miqdarının 0,2 mg/dL altına düşərsə skorbut xəstəliyi düşünülməlidir.

C vitaminin gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  40 mq

7-12 ay  50 mq

1-3 yaş  15 mq

4-8 yaş  25 mq

9-13 yaş  45 mq

14 yaş üzəri 75 mq

Fol turşusu

Fol turşusu orqanizmdə DNT sintezi və təmiri, eritrosit və leykosit sintezi, böyümə və inkişaf ( xüsusən bətndaxili dövrdə) , körpənin beyni və sinir sisteminin inkişafı üçün çox önəmlidir. Buna görə də hamilə qalmadan (2ay öncə) başlanmalı və hamiləliyin 3 cü ayının sonuna qədər gündə 400 mikroqram  qəbul edilməlidir. 

Fol turşusu noxud ispanaq, kahı, brokoli, kələm, noxud, lobya, mərci, çuğundur, pomidor, avokado, portağal, limon, naringi, banan, kivi, badam, qoz, fındıq kimi məhsullarda vardır.

Fol turşusu çatışmazlığı bətndaxili dövrdə onurğa beyninin inkişafında qüsura (Spina Bifida) səbəb ola bilər. Bundan başqa Fol turşusu çatışmazlığı zamanı uşaqlarda megaloblastik anemiya, yorğunluq, baş ağrısı, diqqət dağınıqlığı, mental gerilik, dil və ağızda yaralar, saç və dəridə problemlər görülə bilər.

Fol turşusunun gındəlik tövsiyyə olunan miqdarı

0-6 ay  65 mkrq

7-12 ay  80 mkrq

1-3 yaş  150 mkrq

4-8 yaş  200 mkrq

9-13 yaş  300 mkrq

14 yaş üzəri 400 mkrq

Mikroelementlər

Dəmir, sink, yod, flor, mis, selen, molibden, mangan, xrom

Bədən kütləsinin 0,01% dən azını təşkil edir. Normal qidalanan insanlarda çatışmazlığı nadir hallarda görülür (dəmir istisna)

 Dəmir

Normalda körpə ona 4-6 ay yetə biləcək dəmir deposuyla doğulur. Ana südü və ya  mamayla (smes)  qidalanmasından asılı olmayaraq 6 aylığından etibarən körpəyə 1-2 yaşa qədər gündə 1-2 mq/kq (profilaktik olaraq) dəmir verilməsi tövsiyyə olunur.

Orqanizmə xaricdən daxil olan dəmirin bir qismi həzm traktında geriyə sorulur, bir qismi depolanır və bir qismi xaricə atılır. 

Dəmir baxımından zəngin qidalar:  qırmızı ət ( xüsusən mal əti və qaraciyəri), balıq və digər dəniz məhsulları, noxud, lobya, mərci, yumurta, ispanaq, meyvə quruları ( əncir, ərik, kişmiş, xurma), badam, fıstıq, fındıq.

Dəmir çatışmazlığının səbəbləri :

-Dəmirin qidayla yetərli miqdarda qəbul edilməməsi

-Malnutrisiya, malabsorbsiya

-İltihabi bağırsaq xəstəlikləri

-QİS (qastrointestinal-mədə bağırsaq) qanaxmaları

-Helikobakter pylori qastriti

Dəmirin gündəlik tövsiyyə edilən miqdarı

7-12 aylıq  11 mq

1-3 yaşı  7 mq

4-8 yaş  10 mq

9-13 yaş  8 mq

14 yaş üzəri oğlanlarda 11 mq, qızlarda 15 mq         

 Sink

Sinkin böyümə,  inkişaf və çoxalmada , immun sistemdə, həzm və sinir sistemi funksiyalarının yerinə yetirilməsində, dəri, saç və dırnaq sağlığında  önəmli rolu vardır. Başda qastroenteral xəstəliklər olmaq üzərə bəzi infeksion xəstəliklərdə sağalmanı sürətləndirə bildiyi fikri irəli sürülməkdədir. Əksikliyi isə malabsorbsion  sindromları kimi istisna hallar xaricində daha çox inkişaf etməkdə olan ölkələrdə yetərsiz qidalanan uşaqlarda  görülməkdədir.

Sink əksikliyi üçün risk qurupları:

-Körpələr, azyaşlı uşaqlar

-Malnutrisyonlu( yetərsiz qidalanma) uşaqlar

-Xronik ishal/ malabsorbsiya

-İnfeksion bağırsaq xəstəlikləri

-TPN (total parenteral qidalanma-damardan iynə yoluyla qidalanma) alan uşaqlar

Sinklə zəngin qidalar: qırmızı ət, balıq və qabıqlı dəniz məhsulları (midiya, krevetka, molyuska), paxlalı bitkilər(lobya, noxdu, mərci) , süd, yumurta, yulaf, buğda, meyvə quruları, qoz, fındıq, badam 

Sink çatışmazlığı zamanı uşaqlarda inkişafda gerilik, üzdə akne və səpkilər, saç tökülməsi, iştahsızlıq, bağırsq funkiyalarının pozulması ( xüusən ishal), immune sistemin zəifləməsi, yaraların gec sağalması müşahidə olunur.

Uşaqlarda sink ehtiyacı

Süd əmər uşaqlarda   1,1-1,25 mg/kq/gün 

1-10 yaş 1,55-1,60 mq/kq/gün

Mis

İmmun sistem üçün bir çox vitamin və mineral kimi mis də önəmlidir. Mis orqanizmdə bir çox fermentin kofaktorudur. 

Misdən zəngin qidalar: dəniz məhsulları, kəpəkli taxıllar, zeytun, brokoli, noxud, lobya, qarğıdalı, fındıq, kartof, qaraciyər, ərik qurusu, kakao, qara istiot

Misin  gündəlik tövsiyyə olunan miqdarı 200-1000 mkrqr arasındadır.

Orqanizmdə mis çatışmayanda  mikrositar anemiya, neytropeniya, saç və dəridə piqmentasiya, ishal, nevroloji əlamətlər (serebral ataksiya, avtonom neyropatiya, optik nevropatiya kimi hallarda), tez-tez xəstələnmə (mis əksikliyi immun sistemi zəiflətdiyi üçün) görülə bilər.

Misin sorulmasının pozulması zamanı “Menkes kinky hair”  sindromu müşahidə olunur . Xəstəliyin əlamətləri: zaman ishal, proqressiv nevroloji pozulma, qusma, saç dəyişiklikləri (ağ, fildişi və ya boz rəngdə seyrək, qırılan saçlar).

Yod

Yod tiroid hormonlarının ən önəmli komponentidir. Yod yodlu duz , dəniz balıqları, kələm, kök, ispanaq, lobya,  sarımsaq, süd və süd məhsullarında, yumurtada vardır. Yod çatışmazlığı zamanı hipotiroid görülə bilər. Bundan başqa böyümə və inkişafda gerilik , zəka geriliyi, karlıq ola bilər. Çox qəbul edilməsi isə guatr(zob), hipotiroid, tiroidit və papilyar tiroid xərçəngi kimi xəstəliklərə səbəb ola bilər.

Yodun gündəlik tövsiyyə olunan miqdarı

0-6 ay  110 mkrq

7-12 ay  130 mkrq

1-3 yaş  90 mkrq

4-8 yaş  90 mkrq

9-13 yaş  120 mkrq

14 yaş üzəri   150 mkrq

                                                

Flor

Flor sümüklərdə kalsiumu tutaraq onun itirilməsinə əngəl olur. Adətən diş çürüklərinin qarşısının alınması üçün tövsiyyə olunur. 

Florun qaynağı: su, balıq, diş məcunu, çay, ət, ispanaq, alma, düyü, yulaf.

Flor çatışmazlığı zamanı diş çürüklərinə rastlanır.

Günlük tövsiyyə olunan flor miqdarı 1-3 mqdır. Lakin bundan daha artıq qəbulu zərərlidir. Bu zaman Florozis deyilən xəstəlik müşahidə olunur. Florozis zamanı hipokalsemiya, hipernatremiya, sümük və dişlərdə zədələnmələr, ağız və dodaqda yaralar, zəka geriliyi müşahidə edilir. 

Selen

İmmun sistemə müsbət təsiri vardır. Bundan başqa saç, dırnaq sağlığında və tiroid vəzinin  funksiyasında rolu vardır. Orqanizmdə Selenin en yüksək konsentirasiyası tiroid vəzindədir.

Selen ət, dəniz məhsulları, buğda, düyü, yulaf, lobya, qoz, yumurta , brokoli, şəkər qamışı, soğan və sarımsaqda vardır.

Selen çatışmazlığı zamanı Keshan xəstəliyi (kardiomiopatiya) görülür.

2-18 yaşlarda 20-70 mq/gün qəbul edilməsi tövsiyyə olunur.

Molibden

Molibden orqanizmdə  bir çox fermentin kofaktorudur.

Molibden taxıl, noxud, lobya, mərci, qaraciyərdə vardır.

Gündəlik tövsiyyə olunan miqdarı 2-45 mikroqramdır.

Molibden əksikliyində taxikardiya, taxipnoe, gecə korluğu ola bilər.

Mangan

Mangan orqanizmdə bəzi fermentlərin kofermenti rolunu yerinə yetirir.

Taxıllar (yulaf, buğda, çovdar), noxdu, lobya, fıstıq, fındıq, ispanaq, ananas,avokado, yumurta, kartof, pomidor  və çayda vardır.

Gündəlik tövsiyyə olunan miqdarı 0,003-2 mq arasındadır.

Mangan çatışmazlığında sümüklərdə zəiflik və inkişaf geriliyi (osteoporoz), laxtalanma zülallarında azalma, hiperxolesterol və arıqlama müşahidə olunmuşdur.

 Xüsusi hallarda vitamin və mikroelement çatışmazlıqları

-Qida allergiyaları

-Çölyak xəstəliyi

-İltihabi bağırsaq xəstəliklər (xoralı kolit, Kron xəstəliyi)

-Xolestaz

-Sirroz

-Atrofik qastrit

-Vegan qidalanma

Tez-tez allergiyaya səbəb olan qidalar və tərkibindəki vitamin və mikroelemetlər:

İnək südü - A, D, B2, B5, B12 vitaminləri, kalsium, fosfor

Yumurta -  B2, B5, B7, B12 vitaminləri, selen

Taxıllar- B1, B2, B3 vitaminləri, dəmir, fol turşusu

Fıstıq- B3 və E vitaminləri, maqnezium, manqan, xrom

Balıq- Sink, dəmir

Soya- B1, B2, B6 vitaminləri, fol turşusu, kalsium, fosfor, maqnezium, dəmir, sink

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Bizi sosial mediada izləyin