Uşaqlarda qəbizlik dietası


Qəbizlik uşaqlıq çağının ən önəmli problemlərindən biridir. Bir çox hallarda düzgün qidalanmamaq və psixoloji səbəblərlə də əlaqədardır. 

Bağırsağın əsas işi həzm sistemimizdən keçən qidalardan suyu geriyə sormaq və daha sonra qalan lazımsız maddələri kənarlaşdırıb atmaqdır. Bağırsaq əzələləri nəcis kütləsini düz bağırsaqdan xaricə doğru itələyir. Nəcis kütlələri bağırsaqlarda çox uzun müddət qalarsa xaric olması daha çətin olur.

Düzgün qidalanmamaq çox hallarda qəbizliyə səbəb olur. Nəcisin yumşaq qalması üçün dieta ilə yetəri qədər su və lif alınmalıdır. Lif baxımından zəngin qidalar adətən tərəvəzlərdən əldə edilir. Lif həll olan və həll olmayan hissələrdən ibarətdir. Həll olan lif suda həll olur və həzm sistemindən keçərkən yumşaq, jeleyə bənzər bir maddə əmələ gəlir. Həll olmayan lif   həzm sistemindən keçərkən tərkibini az dəyişir. Hər iki lif forması da bağırsaq möhtəviyyatı ilə birləşərək nəcisin ağırlığını və ölçüsünü artırmaqla onu yumşaldır. Bu nəcis kütlələrinin düz bağırsaqdan keçməsini asanlaşdırır.

Qəbizliyin müalicəsində uşaq xəstəlikləri uzmanı, uşaq cərrahı, uşaq qastroenteroloqu və psixoloq birgə çalışmalıdır.

Müalicə başladıqdan sonra uşaq kontrol müayinəyə gətirilir və qrafikə görə müalicə planı lazım gələrsə dərman və dieta dəyişikliyi   edilərək yenidən hazırlanır.

 

Qəbizliyin müalicəsində qidalanmanın yeri:

-Hər gün eyni saatda qidalanmaya çalışılmalı

-Sabah ac qarnına ballı su və ya ilıq su içməli

-Hər gün eyni saatda tualet ehtiyacı ödənməli

-Hər gün 8-10 stəkan su və digər içəcəklər içilməli(süd xaric)

-Səhər yeməyində isti içəcək və yüksək lifli qidaların qəbulu faydalıdır

-Ara öyünlərdə ilıq limon suyu içilə bilər

-Meyvə kompotları içilməlidir.

-Az-az və tez-tez qidalanmalı

-Hər gün az da olsa yüngül gimnastik hərəkətləri edilməli, idmanla məşğul olmağa çalışmalı.

Satın alınan paketlənmiş məhsulun üzərində 5 qr/pors lif olduğu qeyd edilmişsə bu yüksək lif olduğunun göstəricisidir.

 

Qəbizlik üçün faydalı qidalar:

-Ev üsulu hazırlanmış qatıq (kənd qatığı)

İçindəki faydalı bakteriyalarla bağırsaq florasını tənzimləyir. Kefir də qatıq kimi  güclü probiotiklərdəndir.

Körpələrə qatıq neçənci aydan verilməlidir? Bundan bir neçə il öncə körpəyə əlavə qidaya keçəndə qatıq verilməsi tövsiyyə olunurdu. Lakin indi 7ci aydan verilməsi məsləhət görülür.

Hər yeni qida kimi əvvəlcə 3gün boyunca 1çay qaşığı ilə başlayıb, sonra 1 desert qaşığına sonra da yarım və tam armudu stəkana keçilir.

Körpələrə qatıq qaz verərmi? Bəli qatıq qaz verə bilər. Qatıq yedirdikdən sonra körpəni müşahidə etmək lazımdır.

Qatığı uşağa gündə 1öyün vermək kifayətdir. Bəs qatıq hansı öyündə verilməli? Ikindi vaxtı (axşam günəş batmadan 45 dəq əvvəl) vermək daha məsləhətlidir. Yatmazdan əvvəl vermək məsləhət deyil, çünki qaz verə bilər, uşağın yuxusunu bölər, narahatlıq verər.

Marketlərdən hazır uşaq yoqurtları  ala bilərsiniz, lakin evdə hazırlamaq daha məsləhətlidir.

 

-Alça pestili( meyve suyunun qurudulması, digər adıyla turşu lavaş da deyilir), gavalı qurusu, ərik, armud kompotu.

-Əncir qurusu, ərik, üzüm, gavalı, alma, armud.

-Yulaf əzməsi.

Lif deyincə ağla gələn ilk qidalardandır. Qəbizlik üçün yemək siyahısında lif mütləq olmalıdır.

-Quru meyvələrdən hazırlanacaq təbii marmeladlar da həm sağlıqlıdır, həm də qəbizliyin qarşısını alır.

-Çiyələk, yabanı mərsin, ingiliscədə sonu “berry” ilə bitən bütün meyvələr( böyürtkən, moruq, xar tut və s.)

-Kəvər, bamiyə, pərpərən, ispanaq, çuğundur, balqabaq, bütün  lifli tərəvəzlər.

Lif  bağırsaqları hərəkətə keçirir. Buna görə də lifli qidalar qəbizliyə faydalıdır.

-Zeytun yağı

Dəridən tutmuş ürəyə qədər hər şeyə faydası olan zeytun yağı da qəbizlik üçün çox faydalıdır.

-Tam buğda və çovdar unu

Qəbiz olan uşağa səhər yeməyində ağ undan hazırlanmış çörək yerinə tam buğda və çovdar unuyla hazırlanmış çörək vermək tövsiyyə olunur.

-Çia, kətan  toxumları ( 2yaşdan sonra verilə bilər)

Çia və kətan toxumları liflə zəngindir, qəbizliyə yaxşı təsir edir, bundan başqa toxluq hissi yaradır(1çay qaşığı kətan toxumunu 1armudu stəkan qatıqla qatıb vermək uyğun olar).

 

.

Uşaqları qəbizliyə səbəb olan içki və qidalardan  uzaq tutun:

-Qara çay 

-Qəhvə (kofe)

-Tərkibində turşu və dadlandırıcı olan içkilər

-Qızartmalar (yüksək yağ və az lif) 

-Makaron, aş, vermişel, nişastalı qidalar, ağ düyü

-Fastfood

-Tort, keks, simit, biskivit, ağ çörək, hər cür ağ un məmulatı

-Heyva, banan

- Süd

 

Qəbizlik zamanı tövsiyyə olunan örnək menyu:

Səhər yeməyi: üzümlü yulaf əzməsindən krep, çiyələkli mors

Günortdan öncə: gavalı qurusuyla rəndələnmiş armud üzərinə az miqdarda xama və ya qatıq əlavə edin

Günorta yeməyi: göbələkli sup, yanında şəkərsiz krekerlə çay

Çay saatı: ərik qurusu ilə pendirli pudinq, südlü kakao

Axşam yeməyi: Qarabaşaq yarması, üzərinə qaymaq souslu balıq topları, bitki yağıyla kələm salatı, böyürtkən suyu.

 

Yenidoğulmuşlarda qəbizlik.

Ana südünə davam edilməlidir. Həkim məsləhətilə əlavə formula mama (süni qida) verilə bilər.

 

1 ay-1 yaş arası uşaqlarda qəbizlikdə nə verə bilərəm?

Körpənin maye qəbulunun artırılması lazımdır. Gavalı qurusu, ərik qurusu, əncir qurusunu suda qaynadıb suyunu uşağa verə bilərsiniz həmçinin meyvəsini də yedirə bilərsiz. Tərəvəz supu hazırlayıb içərisinə 1 çay qaşığı zeytun yağı əlavə edə bilərsiniz. Tərəvəz supunun içərisinə və ya alma şirəsinin içərisinə 5-6gavalı qurusunu rəndələyib qataraq uşağa verə bilərsiz.

 

Qəbizlik üçün 6ay+ reseptlər

Balqabaqlı qatıq 

Lazım olan məhsullar:

-3-4 gavalı qurusu

-1 kibrit qutusu böyüklüyündə balqabaq dilimi

-2 yemək qaşığı qatıq

-Su

Hazırlanışı:

Gavalı qurusu bir neçə hissəyə bölünüb üzərinə az su əlavə edib 7-8 dəqiqə qaynadılır, sonra çəngəllə əzilir. Balqabaq da kiçik hissələrə doğranır, üzərinə su əlavə edilib yumşalanadək qaynadılır. Qaynanmış balqabağı da əzirik. 2 yemək qaşığı qatığın içərisinə əzdiyimiz məhsulları əlavə edib qarışdırırıq.

 

Xurma və ərik qarışımı

Xurma, ərik, kişmiş qarışığını uşağın sıyığına və ya qatığa əlavə edə bilərsiniz. Qısa zamanda həm körpənin qəbizlik problemi aradan qalxacaq, həm də uşaq bu qarışığı sevərək yeyəcək.

Lazım olan məhsullar:

-4 ədəd ərik

-1 ovuc çəyirdəksiz üzüm

-4 xurma

-Su


Hazırlanma qaydası:

Bir qaba meyvələri yığıb üzərinə 3-4 barmaq keçəcək qədər su tökün. Meyvələr yumşalanadək qaynadın. Blenderdən keçirin. Gündə 1 dəfə qatığa və ya sıyığına 1 desert qaşığı əlavə edib verin.

Böyük uşaqlarda qəbizlik üçün menyular:

 

Quru və təzə meyvələrdən kompot


Bu resept xüsusən davamlı qəbiz olan uşağa verildiyində uşağı rahatladacaq, qəbizliyi aradan qaldıracaq. Quru və təzə meyvələrdən hazırlayacağınız bu meyvə kompotunun həm suyunu, həm püresini uşağa verə bilərsiniz. Kompotun püresini körpənin səhər yeməyinə, ara öyündə verəcəyiniz meyvə püresinə və ya sıyığına əlavə edə bilərsiniz.

-50 qr gavalı qurusu

-1 orta boy şirin alma

-1 orta boy armud və ya 3 ədəd təzə ərik

-Zövqə görə 1ədəd çubuq darçın

-1 litr su

Hazırlanma qaydası:

Gavalı qurusunu doğrayın. Alma və armudu soyun, tumlarını təmizləyin və kub şəklində doğrayın. Armudun yerinə təzə ərik istifadə etsəniz qabığını soyun və çəyirdəyini çıxarın. Quru və təzə meyvələri bir qaba qoyun, üzərini örtəcək qədər su əlavə edin. Zövqə görə içinə çubuq darçın əlavə edə bilərsiniz. 8-10 dəqiqə vam xodda qaynadın. Daha sonra meyvələri çıxarıb üzərinə qabda qalan qaynadılmış suyun bir mkiqdarını əlavə edib blenderdən keçirin.

 

Qəbizlik üçün marmelad.

3 gün boyunca səhər acqarnına su ilə yeyilir.

Lazım olan məhsullar:

-2 ədəd ərik qurusu

-2 ədəd əncir qurusu

-2 ədəd gavalı qurusu

-1 yemək qaşığı zeytun yağı

-1 desert qaşığı çia toxumu

-1 desert qaşığı kətan toxumu


Hazırlanma qaydası:

Meyvə qurularını yumşalanadək  isti suda saxlayıb daha sonra doğrayırıq. Çia toxumu xaric digər məhsulları blenderdən keçiririk. Daha sonra üzərinə çia toxumunu da əlavə edirik.

 

Qəbizliyi aradan qaldıran xüsusi qatıqlı resept. 

(Kilolu uşaqlarda arıqlamağa da səbəb olur)

Lazım olan məhsullar:

-1 butulka mineral su(qazsız)

-Yarım stəkan yağsız qatıq

-2 xörək qaşığı limon suyu

-Yarım çay qaşığı quru nanə

-Gözəl təqdimat üçün limon dilimləri




Mineral su, qatıq, limon və quru nanədən hazırlanmış qarışıq ilə birgə gün boyu 2 litr su içmək qəbizliyi aradan qaldırır. Həm də arıqlamağa kömək edir.

 

Zəncəfil, yaşıl çay və darçın qarışığından ibarət içəcək.

 

Zəncəfil, yaşıl çay, darçın, qara istiot, yaşıl alma, limon və mineral sudan hazırlanan qarışıq vitamin və mineralla zəngin olmaqla yanaşı yağları əritmə xüsusiyyətii də vardır.

Lazım olan məhsullar:

-8 stəkan su

-2 yaşıl alma

-2 limon

-1 çubuq darçın

-1 çay qaşığı darçın tozu

-1 çay qaşığı qara istiot

-1 desert qaşığı zəncəfil tozu

-1 desert qaşığı yaşıl çay

-1 butulka mineral su


Hazırlanma qaydası:

Bütün məhsulları yuyuruq. Alma və limonu dilimləyirik, digər məhsullarla birliktə bir qazana tökürük və suyu da üzərinə əlavə edirik. 15 dəqiqə qaynadırıq.



Qəbizliyə qarşı keks

Lazım olan məhsullar:

-1 xörək qaşığı kətan toxumu

-1 xörək qaşığı yulaf əzməsi

-1 çay qaşığı darçın

-7 ədəd gavalı qurusu

-2 su stəkanı tam buğda unu

-1 su stəkanı süd

-Armudu stəkanın yarısı qədər zeytun yağı

-3 yumurta

-1 paket qabartma tozu

-2 xörək qaşığı qara şəkər tozu


Hazırlanışı:

Yumurtanın sarısını və ağını ayırın, ağını köpükləndirin, sarısına şəkər əlavə et, əriyənə qədər çırp. Qarışığın krem kıvamına gəlməsi lazımdır.

Qarışımın içinə öncə un, sonra da süd əlavə et.

Yumurta ağı xaric digər məhsulları əlavə edib xəmir alınanadək qarışdırın.

Ən sonda qarışıma yumurta ağını əlavə edib qarışdırın.

Qarışımı keks qəlibinə töküb sobaya qoyun, 180 dərəcədə 35 dəqiqə  bişirin.

 



Bizi sosial mediada izləyin