Uşaqlarda qızdırma



Valideynlərin ən çox qorxduğu durumlardan biri də qızdırmadır. Əslində qızdırma orqanizmin vücuda girən bakteriya və viruslara qarşı verdiyi özünü müdafiə reaksiyasıdır.

Qızdırma necə ölçülməli ?

Yaşlara görə temperatur necə ölçməli

-Yenidoğulan- 6 yaşa qədər temperatur qoltuqaltı, rektal dəridən ölçülməli

-6 yaşdan yuxarı qoltuqaltı, qulaqdan ölçülməli

Ən düzgün nəticəni rektal ölçməklə almaq olar. Bunun üçün termometrin ucuna bir az yağ sürtülür, uşaq yana yatırılır. Sonra elektron termometri qoyub 30 saniyə gözləmək lazımdır. Lakin bu uşağı narahat edəcək . Həm də güvənlik baxımından evde etmək məsləhət deyildir. Buna görə də evdə qoltuqaltı və ya qulaqdan ölçmək məsləhətdir.

Yenidoğulmuşlarda qoltuqaltından öçmək məsləhət görülür. Termomter 3-4 dəq qoltuqaltında tutulmalıdır. Ölçmə zamanı qoltuqaltının nəm, tərli olmamasına diqqət edilməlidir. Temperatur 37.2 nin üzərindədirsə qızdırma sayılır. 

Daha böyük uşaqlarda (5yaş üzəri ) ağızdan ölçmək olar. Uşaq ölçmədən 5-10 dəq öncə soyuq nəsə yeməməlidir. Termometr 2-3 dəq yanaq içində və ya dil altında saxlanılır. Temperatur 37.3ün üzərində isə qızdırma sayılır. 

Temperaturu qulaqdan  ölçmək üçün zaman  qulaq seyvanı geriyə çəkilərək termometr qulaq keçəcəyinə daxil edilir. 37.5 in üzərindədirsə qızdırma sayılır. Bu üsul daha praktikdir , həm də daha nəticəni qısa vaxtda daha düzgün gəstərir. İki qulaq arası ölçmədə 0,5 dərəcə fərq ola bilər.

Uşaqlarda bədən temperaturu neçə olmalı?

Uşaqlarda normal bədən temperaturu 35.6-37.1 dərəcə arasındadır. Temperatur ölçmə yeri və şəklinə görə dəyişir.Yenidoğulmuş dönəmindən 18 yaşına qədər bədən temperaturu rektal ölçmədə 38 in üzərində isə temperaturun yüksək olduğu qəbul edilir. Yenidoğulmuş və 5-6 həftəlik körpədə qoltuqaltı və qulaqdan ölçmə daha çox tərciyə edilir. Qulaqdan ölçmədə 37.5 , qoltuqaltından ölçmədə 37.3-37.9 dərəcə qızdırmanın olduğunu göstərir. 

37.3-38 dərəcə arası yüngül qızdırma 

38.3-39.3 dərəcə arası orta qızdırma

39.3-40 dərəcə arası yüksək qızdırma 

40.5 dərəcənin üzəri isə çox yüksək qızdırmadır və həyatı təhlükəsi vardır.

Uşaqlarda qızdırmanın səbəbi 

Uşaqlarda qızdırmanın ən çox görülən səbəbi bakterial ve virus infeksiyalarıdır. 3-5 gün çəkən qısa müddətli qızdırmanın səbəbi yuxarı və aşağı tənəffüs yolu infeksiyaları , mədə bağırsaq sistemində qusma və ishalla müşayiət olan infeksiyalar, xüsusən qız uşaqlarında sidik yolu infeksiyaları, səpgilərlə müşahidə olunan qızılca, su çiçəyi, məxmərək, koksaki kimi infeksion xəstəliklər ola bilər. Bundan başqa orta qulaq iltihabı , sepsis, pnevmoniya, mərkəzi sinir sistemi infeksiyaları (meningit, ensefalit), sistem xəstəlikləri, oynaq xəstəlikləri, şiş xəstəlikləri də qızdırmaya səbəb olur. Bəzi peyvəndlərdən sonra, diş çıxartma (adətən  yüksək qızdırmaya səbəb olmur) dövründə, gün vurmada da uşaqlarda qızdırma ola bilir. Peyvənddən sonra 24 saat ərzində başlayan və müddəti 2-3 günə qədər olan qızdırma çox yayılmışdır. 

Qızdırma ilə birlikdə öskürək, fotofobiya, ishal, qusma, qarın ağrısı, əzələ-skelet ağrısı, səpkilərə diqqət etmək lazımdır.

Səyahət etmək, xəstə insanla təmasda olmaq, qapalı məkanda olmaq qızdırma risqini artırır.

Dərman: Antibiotiklərlə əvvəlcədən müalicə bakterial infeksiyanın əlamətlərini maska edə bilər.

Qızdırmanı necə salmaq lazımdır?

Uşağın qızdırması qalxarkən titrəməsi normal bir durumdur. Qızdırma qalxdığında edilən yalnışlardan biri uşağı bükmək və ya qalın geyindirməkdir. Qızdırma yüksələn zaman əl, ayaq, burun, qulaqlar ,uc nöqtələr soyuq olur. Bu, vücudun verdiyi bir reaksiyadır. Buna görə uşağı qalın geyindirmək düzgün deyil. Qızdırmanın olub olmadığını uşağın əl ayağını yoxlamaqla deyil, termometr istifadə etməklə təyin edin. Bir digər yalnış isə uşağı çox soyuq su ilə kompres etmək və ya soyuq duşa salmaqdır. İlıq duş qəbul edilməli və ya bədən temperaturuna yaxın iliq suyla isladılmış dəsmalla büküş yerləri (boyun, qoltuqaltı, dirsəklər, qasıq) silinməlidir. Bundan başqa qızdırma yüksələndə orqanizm su itirir, ona görə də bolca maye verilməlidir. Uşağın istiliyini tez-tez kontrol etməli və otağın temperaturu 21-22 dərəcə arasında tutulmalı. Temperatur 38 dərəcəni keçəndə həkimlə məsləhət edərək qızdırma salıcı dərman verilməlidir. Bu zaman temperatur 2saat içində bir dərəcə olsun düşməlidir. Qızdırma salıcının təsir müddəti 4-6 saatdır. 3.5-4 saat sonra temperatur qalxarsa yenə dərman verilə bilər. Gündə 4 dəfədən artıq istifadə etməyin.

Qızdırma zamanı dərman adətən ya sirop şəklində ağızdan, ya da rektal şam şəklində qəbul edilir. Eyni zamanda həm ağızdan, həm şam şəklində istifadə etməyin. İbuprofen, növbəli parasetamol istifadəsi tövsiyyə olunmasa da praktikada bu tərkibli dərmanlar istifadə olunur. Uşaqlarda qızdırmanı salmaq üçün qətiyyən aspirin və analgin istifadə etməyin. 

Parasetamol (120mg /5ml ) tərkibli olan Panadol, Parasetamol ,Taylol siropları hər kiloqram çəkiyə 10-15 mg verilməlidir. Məsəslən, uşaq 5 kilodursa 2-2.5 ml, 10 kilodursa 5-7.5 ml ,15 kilodursa 7.5-10 ml verilə bilər.

Paraferin plyus (160mg /5ml) uşaq 5kilodursa 1.5 ml, 10 kilodursa 2.5-3 ml, 15 kilodursa 5ml verilə bilər.

Supofen (40mg/ml) uşaq 5 kilodursa 1.25 ml, 10 kilodursa 2.5 ml, 15 kilodursa 4-5 ml verilə bilər.

İbuprofen (100mg/5ml ) tərkibli Nurofen, İbufen D uşaq 5 kilodursa 2.5ml, 10 kilodursa 5ml, 15 kilodursa 7.5 ml verilə bilər.

Şamlardan Sefekon D 50mg 5kq çəkidə uşaq üçün, Sefekon D 100mg 10-13kq , Sefekon D 250mg isə 25 kq çəkili uşaq üçün istifadə oluna bilər.

Supofen 125 mg şam 10-13kq çəkili, Supofen 250mg şam isə 25 kq çəkili uşaq üçün istifadə oluna bilər.

Onu da qeyd edək ki burada verilən şərtidir, dərmanın buraxılış formasından asılı olaraq dəyişə bilər və mütləq dozasını müalicə həkiminizlə məsləhətləşin!

Həkimə nə zaman müraciət edilməli?

Qızdırma əgər çox yüksək deyilsə onu dərhal düşürtməyə çalışmayın, çünki o orqanizmin qoruyucu reaksiyasıdır. Insan orqanizmi virus və bakteriyaları ən yaxşı 380C temperaturda məhv etdiyi üçün, məhz 380C-dən yüksək temperatur olana qədər izləmək daha yaxşı olar. Əgər yüksələrsə o zaman düşürtmək daha uyğundur.

-3 ay və daha kiçik uşaqlarda temperatur rektal ölçmədə 38°C və üzəri,3-6 aylıq uşaqda 38.3°C və üzəri və 6aydan böyük uşaqda 40°C temperatur varsa

-Qızdırmayla bərabər davamlı ağlama , yuxulama, sayıqlama varsa

-Qızdırma 72 saatdan daha çox davam edirsə

-Qızdırma salıcı verilməsinə baxmayaraq temperatur düşmürsə  

-Çoxlu qusma, ishal varsa 

-Sidiyə gedəndə ağrı və yanma hissi varsa

-Sidiyin rəngi dəyişilmişsə

-qulaq,boğaz ağrısı varsa

-dəridə səpkilər varsa

-Yüksək risk: vaxtında , immunosupresiya /onkoloji-hematoloji xəstəlik (şübhəli və ya təsdiqlənmiş neytropeniya), xroniki ağciyər xəstəliyi, anadangəlmə ürək xəstəliyi olan uşaqlar dərhal xəstəxanaya yatırılmalıdır.

28 günlükdən balaca olan uşaqda 38°C və üzərində temperatur varsa mütləq xəstəxanada yatmalıdır.

28 gün -3 ay arasında qızdırma varsa mütləq həkimə müayinə olunmalıdır.

Qızdırma salınmazsa nə olar?

Qızdırma əslində  özünü müdafiə reaksiyasıdır və eyni zamanda da bir simptomdur. Qızdırmaya səbəbini aşkar edib müalicə etmək lazımdır. Temperatur 39.3-40 dərəcə üzerindədirsə ciddi infeksiyaları araşdırmaq və irəlidə yaranacaq ağırlaşmaların qarşısını almaq üçün həkimə müraciət etmək lazımdır. Yüksək qızdırma immun sistemə mənfi təsir göstərir, orqanizmin mübarizə qabiliyyətini aşağı salır. İmmunitet zəiflədiyi üçün orqanizm müxtəlif xəstəliklərə tez yoluxur.Yüksək qızdırma bəzən uşaqda qıcolmaya səbəb ola bilər.

Febril qıcolma nədir?

Mərkəzi sinir sisteminin daxili və xarici faktorların təsirinə qarşı verdiyi cavab reaksiyasıdır. Daha çox 6ay-5 yaş arası uşaqlarda görülür. Adətən bədən hərarəti 38 °C üzərində olanda baş verir. Ailədə febril qıcolma hekayəsi və öncə febril qıcolma keçirən uşağınız varsa qızdırma zamanı daha  diqqətli olmaq lazımdır. Qızdırma qalxmağa başlayanda müdaxilə edib temperaturun sürətli yüksəlməsinin qarşısı alınmalıdır. Həkim bu barədə ailəni bilgiləndirir və lazım gələrsə qıcolma zamanı istifadə edəcəyi dərman yazır. Febril qıcolmalar sadə və mürəkkəb olur. Sadə qıcolmalar adətən öz- özlüyündən keçər və bir iz buraxmaz.

Uşaq üst-üstə çox qıcolma keçirmişsə nevropatoloqun konsultasiyası alınmalıdır. Febril qıcolma keçirən uşaqda titrəmə, əzələlərin qeyri iradi yığılması, göz bəbəklərinin  bir tərəfə dönməsi, dodaqlarda göyərmə, huşun pozulması , sidik qaçırma görülə bilər.

Febril qıcolma zamanı nə etmək lazımdır?

İlk öncə sakit , soyuqqanlı olmaq lazımdır. Uşağı qucağınıza alıb kürəyi sizə dönük şəkildə uzandırın, başını isə yana çevirin və hava yolunu açıq tutun. Sonra təcili yardıma zəng edin.

Onu da qeyd edək ki febril qıcolma epilepsiya deyildir.

 

 

 

 

 

 

 

 

 

 

 


Bizi sosial mediada izləyin