Uşaqlarda əmzik istifadəsi



Körpəyə əmzik verilməlidirmi?

Körpəyə əmzik verilib verilməməyilə bağlı mübahisələr uzun illər davam etdi. Hər uşağın özünəməxsus ehtiyacları və fərqli bacarıqları var. Bəzi uşaqlarda əmmə refleksi normal, bəzilərində güclüdür. Xüsusən premature (vaxtından əvvəl doğulmuş)  və kolik körpələrdə əmmə refleksi güclü inkişaf etmişdir. Bu nöqtədə aktif istəkləri olduğu üçün əmzikdən yararlanmaq olar. Doğru şəkildə istifadə edilən əmziklər körpənin ananı əmmədiyi zamanlarda da əmmə ehtiyacını qarşılayar və onu rahatladar.  Həm inkişaf edən texnologiya sayəsində körpənin fiziologoiyasına uyğun əmziklər istehsal olundu. Həm də anaların maariflənməsinin artmasıyla əmzik  anaların yardımcısı halına gəldi.       

Valideynləri olaraq uşağınızı ən yaxşı siz tanıyırsınız. Əmzikdən istifadənin körpənizə uyğun olub olmadığını ən yaxşı siz təyin edə bilərsiniz. Bu qərarı həkiminizlə də məsləhət edə bilərsiniz.

Uşaqlarda əmzik (soska) istifadəsi zamanı nələrə diqqət etməli, ideal əmzik necə seçilir?

Uşaqlarda əmzik istifadəsi hər bir ananın vaz keçilməz sakitləşdirmə yöntəmidir. Əmzik istifadəsinə başlamaq üçün ən uyğun zaman körpənin artıq anasının döşünü tanıyıb əmməyə alıştığı zamandır. Xüsusən 3 cü, 4 cü aylarda körpənin əmmə refleksi maksimum səviyyəsinə çatır. Buna görə də körpəyə əmzik veriləcəksə anasının döşünə alışdıqdan sonra, yəni 3 aylığından başlanmalıdır. Əmməyi tam öyrənməzsə əmzik körpədə məmə çaşqınlığına səbəb ola bilir. Əmzik istifadəyə qərar verdiyinizdə ilk dəfə yumşaq bir əmzik seçin və ucunu isidin. Sonra ana südünə batıraraq körpəyə verin. Bu şəkildə körpənin əmziyi qəbul etməyi daha asan olacaqdır.

Yeni doğulan körpənizin burnunu tıxamasın deyə əmziyin arxasındakı plastik ağızlıq hissəsinin kiçik olması lazım. Bu hissə burun dəliklərini örtməyəcək şəkildədir və hava keçməsini təmin etmək üçün dəlikləri vardır. Əmziyin plastik hissəsi həm də uşağın  əmziyi udmasının qarşısını alır. Buna görə də 2 yaşdan yuxarı uşağınız üçün əmzik alanda bu hissənin  böyük olmasına diqqət edin.

Bir birindən fərqli əmzik modelləri mövcuddur. Hazırlandıqları maddəyə görə kauçuk və silikon əmziklər vardır. Diş çıxaran körpələrə kauçuk əmzik istifadəsi uyğundur. Ancaq kauçuk əmziklər suyu içlərinə əmdikləri üçün tez xarab olur. Silikon əmziklər tez xarab olmaz, lakin diş zərbələrinə qarşı dayanıqlı deyillər. Buna görə də silikon əmziklər diş çıxarmamış körpələr üçün daha uyğundur. Ümumiyyətlə,  seçim edərkən tərkibində  BPA (bisphenol A) olmayan məhsulları seçməyi tövsiyyə edirik.

Formasına görə damaqlı və damaqsız əmziklər vardır. Damaqsız əmziklər ananın məmə ucuna bənzəyir, yuvarlaqdır.Buna görə də körpələr tərəfindən tərciyə edilir. Ancaq bu cür əmziklər,özəlliklə bir yaşından sonra damağa təzyiq edərək damağın quruluşunu və üst ön dişlərin sırasını poza bilər. Bu cür əmziklərin bir yaşından sonra istifadəsi məsləhət deyil.  Damaqlı əmziklər isə ortodontik quruluşu ilə körpənin damaq və diş inkişafına uyğundur. Anatomik şəklinə görə 2-3 yaş arasında belə rahatlıqla istifadə edilə bilər. Damağa daha yaxşı adaptə olduğundan damağın quruluşunda hər hansı bir deformasiyaya səbəb olmaz.

Körpələri əmziksiz yatdırmaq gecələr daha çətin olur. Körpə əmziksiz yata bilmirsə damaqlı əmzik istifadə etməniz tövsiyyə edilir. Körpə yuxuya gedəndən sonra isə onu oyandırmadan, ehtiyatla əmziyi ağzından almaq lazımdır.

Əmziyi körpəyə vermədən öncə mürəbbəyə və ya bala batırmaq düzgün deyil. Bu körpənin diş minalarını zədələyir və diş çürüklərinə səbəb olur. Eyni zamanda buna alışan körpə davamlı şirin dadmaq istəyə bilər.

Əmziyi təmizləmə üsulu istehsal olunduğu maddəyə görə dəyişir. Kauçuk olanlar xüsusi dezinfeksiyaedici maddələrlə sterilizə edilir. Silikon olanlar isə qaynar suyla sterilizə edilir. Əmziyin davamlı təmiz qalmağını istəyirsinizsə əmniyyətli bir sancaqla uşağınızın paltarına keçirib yerə düşməyini əngəlləyə bilərsiniz. Körpəniz barmaqlarını və digər əşyaları tez-tez ağzına saldığı yaşa gəldiyində artıq əmziyi sterilizə etməyə gərək qalmaz. Sadəcə əmzik yerə düşəndə mütləq yaxşıca yuyun. İstifadədən sonra  əmzikləri həmişə eyni qabın içində saxlasanız həm təmiz qalar, həm də təcili hallarda sizi “əmziyi hara qoymuşdum?” təlaşından qutarar.

Əmzikdən istifadənin həm faydalı,  həm də zərərli tərəfləri vardır.

Əmzikdən istifadənin faydaları

Əmzik  körpəyə anadangəlmə əmmə refleksiylə bağlı rahatlıq və güvən hissi verir. Əmmə hərəkəti özü-özlüyündə körpə üçün  bir məmnuniyyət duyğusudur. Əmzik sayəsində körpə sakitləşir və daha rahat yuxuya gedir.

Əmzik  istifadə etməyən körpə bir müddət sonra barmaq əmməyə başlaya bilər. Bəzi mütəxəssislər əmziklərin körpənin əlləriylə bəzi kiçik hərəki bacarıqların inkişafına da kömək olduğunu irəli sürürlər. Əmzikləri ağızlarından düşdüyündə onu tapmaq üçün beşik və ya yataqlarının çevrəsini axtarmaqları və əmziyi yenidən ağızlarına qoymağa çalışmaqları buna misal ola bilər.

Araşdırmalar əmzikdən istifadənin qəfil(ani) körpə ölümü sindromu (SİDS) riskini azaltdığını da göstərmişdir.

Əmziklər körpədə reflüks və kolik (qaz) sancıların azalmasına kömək edə bilər.

Əmzik isifadə edən premature (vaxtından əvvəl doğulmuş) körpələr daha çox kilo almaqla xəstəxananı erkən tərk edə bilər.

Əmzik stresli və ağrılı durumlarda körpə üçün rahatladıcı ola bilər.

Əmziklər uçuş səyahətləri zamanı faydalıdır. Belə ki əmzik əmmək  orta qulaqdakı təzyiqi azalda bilir.

Əmzikdən istifadənin mənfi tərəfləri.

Körpənin əmziyi erkən tanımağı südvermə qabiliyyətinə zərər verə bilər. Bu da süd vəzində süd kanallarının tıxanması və mastitə səbəb ola bilər. Əmziyin erkən istifadəsi süd miqdarının artmasına əngəl ola bilər. Körpə nə qədər çox əmərsə  o qədər süd əmələ gəlməsini stimulə edər. Lakin körpə döş əvəzi əmzik əmərsə südün miqdarı azalar. Hətta erkən süddən kəsilməyə səbəb ola bilər. Bu da körpədə çəki itirməyə səbəb ola bilər.

Əmzik körpədə allergiyaya (hazırlandığı materiala   görə) səbəb ola bilər.

Bəzi araşdırmalar əmzikdən istifadənin qulaq iltihabı riskini artırdığını göstərməkdədir.

Əmzik əmən yeni doğulmuş körpələr əmzik ağızlarından düşdüyündə ağlayar. Onu təkrar verməyə məcbur olarsınız.Əmzik əmməyən körpələr adətən əllərini,yumruqlarını və ya barmaqlarını əmərək özlərini rahatlatmağın başqa yollarını tapırlar.

Gün boyunca əmziyin normadan artıq istifadəsi körpənin gündüz bəslənməsində yetərli süd qəbulunu əngəlləyə bilir. Bu da körpənin gecə boyunca daha tez-tez oyanmasına səbəb ola bilər.

Əmziyin uzun müddətli istifadəsi uşağın dişlərində bəzi problemlərə də səbəb ola bilir. Uşaqlar əmziklərinə çox bağlı ola bilir. Bu da zamanı gəldiyində əmziyi tərgitməsini çətinləşdirir.

Əmzik nə zaman və necə tərgidilməli?

Əmziyi tərgitmək üçün ən uyğun zaman.

Bu mövzüda demək olar ki  mütəxəssislərin ortaq fikri yoxdur. Lakin əksər fikirlər əmziyin uşaqların süd dişlərinin tamamlandığı 2yaş dönəmində tərgidilməsi yönündədir. Bu düşüncənin təməl prinsipi əmzik istifadəsi zamanı körpənin ağız və diş quruluşunda, nitqində yarana biləcək hər hansı qüsurların önünə keçməkdir. Əmzik üst dişlərin önə , alt dişlərin isə içəriyə doğru yerdəyişməsinə və beləlikə damağın daralmasına səbəb olur, bu da gələcəkdə bir çox önəmli fizioloji və estetik problemlərə yol aça bilməkdədir. Bununla yanaşı uşağın özünü hazır his etdiyi zaman özü əmziyi tərgidəcəyini, buna görə də tərgitmək üçün uşağı məcbur etməmək gərək fikrini müdafiə edənlər də var. Bütün bu fikirlərə baxmayaraq uşağın əmziyə başlayacağı və tərgidəcəyi zamana dair ən düzgün qərarı yenə də ana verə bilər

Əmziyi tərgitmək üçün  ilk öncə əmmə müddəti mümkün olduqca qısaldılmalı, qəti surətdə əmziyi sirop, mürəbbə kimi şəkərli qidalara və ya acıya batırmamalı. Əmziyi sadəcə yuxu öncələrində, yatmaqda çətinlik çəkəndə verməli. Yatandan sonra isə əmzik uşağın ağzından ehtiyatla alınmalı. Gün ərzində gərəksiz yerə istifadə etməməli və ümumiyyətlə uşağın göz önündə qoymamalı.  Əmzik əmmək istəyəndə uşağa əmzik yerinə sevdiyi hər hansı meyvə,tərəvəz verməklə başını qatmaq olar. Ayrıca əmziyi əmmədiyi vaxtlarda uşağı həvəsləndirmək üçün mükafatlandırmaq (hədiyyə ilə və ya “bax artıq böyümüsən” kimi sözlərlə) olar. Valideynlərin ən çox diqqət etməsi gərəkən məqam bu mövzuda səbrli və tutarlı davranış göstərməkdir. Əmziyi alınan uşaq ağlayacaq, asan təslim olmayacaq, onu geri istiyəcək. Yəni uşaq ağladığında onu susturmaq üçün əmziyi yenidən ona verməmək gərək. Ağlayan uşağa yaxınlaşıb səbrlə mehriban davranaraq onu sakitləşdirməyə çalışmaq lazım. Daha böyük uşağa bəzi müqayisələr edərək onun həmyaşıdlarında məsələn baxçada, qrupda heç kimdə əmzik olmadığını başa sala bilərsiniz. Lakin onu utandırmadan...Baxçaya əmziksiz getməyi yeni bir oyunmuş kimi göstərə bilərsiniz. Beləliklə uşaq gün keçdikcə əmziyi ancaq axşamlar istəyəcək, zamanla bu istəyi də azalmış olacaq və bir müddət sonra əmziyi tam tərgidəcək.

 

 

 


Bizi sosial mediada izləyin