Reflüks olan uşaqlarda dieta

Reflüks yeyilən yeməklərin mədədən yemək borusuna geri gəlməsidir. Bəzən də mədənin çıxacağında olan bir darlıq və ya mədə boşalmanın gecikməsi də reflüyə səbəb ola bilər.

Əlamətləri ağıza acı su gəlməsi, ağızdan pis qoxu gəlmə, dişlərdə çürümə, öskürək, döş sümüyü arxasında yanma hissi, qıcqırma, gəyirmə, hıçqırma, qusma, epiqastral bölgədə olan ağrı hissidir.

Günlük həyata və yaşam keyfiyyətinə təsir edir. Düzənsiz qidalanma, fast-food, abur-cubur, qazlı, turş, baharatlı qidalarla qidalanmaq reflüksü artırır. 

Reflüksü olan uşaqlar hansı qidalardan uzaq durmalıdır?

Həddindən artıq yağlı, qızardılmış və qovrulmuş qidalar, donuz əti, kolbasa, sucuk və s.

Kərəviz, kələm, gül kələm, naringi, qreypfrut, limon, portağal, ərik həssaslığı artıra bilər

Paxlalılar (noxud, mərcimək, lobya), göy-göyərti həssaslığı artıra bilər kontrollu istifadə etmək məsləhəttir

Kofe, çay, bitki çayları, soda, şokolad 

Acılı ədviyyatlar, turşu, sirkə, soğan, sarımsaq, limon duzu, konservləşdirilmiş qidalar

Ac qarına çox yağlı və karbohidratlı atışdırmalıqlar( şirniyyatlar)

Nələri yemək olar?

Az yağlı, az baharatlı, yağsız qidaları

Yulaf əzməsi, kartof, brokoli kimi yüksək lifli qidaları

Banan, alma, armud, fındıq, zəncəfil

Sulu meyvələr (turş olmayan), qarpız, yemiş, üzüm

Şəkərli yeməyi sevənlər glütensiz şirniyyattan istifadə edə bilər

Yağsız süd və qatıq, yağsız-duzsuz pendir

Az miqdarda qara, boz (serıy) çörək, bulqur, kısır

Toyuq. Balıq, hinduşka duxovkada bişirilməli və ya qaynadılaraq ədviyyatsız yeyilməlidir

Pomidor xaric digər tərəvəzlər qaynadılaraq yeyilə bilər (pomidor yemək olmaz)

Reflüksü olan uşaqların qidalanmasında nələrə diqqət etmək lazımdır?

  • ·         Proteini yüksək, yağsız bir diyeta olunmalı
  • ·         Siqaret (aktiv və passiv məruziyyət) reflüksü artırır
  • ·         Tünd çay, kofe, şokolad, şokolad yağı, soğan, sarımsaq, turşu, nanə reflüksü arıra bilər
  • ·         Az-az, tez-tez yeyin, bir anda çox yeməkdən və uzun sürə ac qalmaqdan qaçının
  • ·         Çox isti və çox soyuq qidalardan uzaq durun
  • ·         Qaymaq, kremli, mayonezli, kərəyağılı, marqarinli (çox yağlı) qidalardan uzaq durun
  • ·         Acı baharat (ədviyyat), bikarbonatlı içəcəklər, pomidor, portağal, limon, mandarin, , alkohol və kofeinli qidalardan uzaq durun
  • ·         Yeməkdən sonra ən az 2saat uzanmayın
  • ·         Yemək zamanı su içməyin suyu yeməklər arası vaxtlarda için
  • ·         Yatağın baş tərəfini 15 dərəcə yüksəkdə tutun
  • ·         Dar kəmər, qarını sıxan korsetlər geyinməyin
  • ·         Saqqız çeynəmək bəzən reflüksü artıra bilər buna diqqət edin
  • ·         Kilolusa mütləq kilo verməlidir
  • ·         Yeməklər 3 ana öyün, 3 ara ürün şəklində yeyilməlidir
  • ·         Yuxudan ən az 2saat əvvəl qidalanmalıdır
  • ·         Tox qarına fiziki hərəkət, idman edilməməlidir

Reflüksü olanlara diyeta nümunəsi

Səhər yeməyində:

  • 1ədət qaynanmış yumurta və ya yağsız omlet
  • 1-2 dilim yağsız-duzsuz pendir
  • Xiyar 
  • Zeytun 6 ədət, 2 ədət qoz

Ara öyün:

  • 1porisyon meyvə
  • 1stəkan yağsız ayran

Günorta yeməyi:

  • Ədviyyatsız zeytunyağında bişmiş (qaynadılmış) tərəvəz
  • 2-3 dilim tam kəpəkli çörək
  • 1 kasa az yağlı qatıq

Ara öyün:

  • 1 dilim az yağlı pendir
  • 1 dilim tam buğdaylı(kəpəkli) çörək və ya galeta

Gecə:

  • 1kasa az yağlı qatıq
  • 1porsiyon meyvə

Bizi sosial mediada izləyin