Uşaqlarda qan azlığı nələrə səbəb olur?

Qan azlığının bir çox səbəbi var. Ən sıx görülən səbəb dəmir azlığıdır.

İnkişaf etməkdə olan ölkələr başda olmaq üzrə bütün dünyada və hər yaşda ən sıx görülən nutrisyonal (qidalanma) əksikliyidir

Dəmir əksikliyinə bağlı qan azlığı (anemiya) uşaqlıq çağında ən sıx görülən hematolojik xəstəlikdir

Sadəcə ‘’dəmir əksikliyi’’ olan uşaqlarda belə motor-mental funksiyalarda geriyə dönməyən təsirlər olur

Qan azlığı olan uşaqlar yorğun, halsız, əsəbi, solğun görünümdə olur, iştahsız olur. Beyin funksiyalarında, yaddaşda problemlər olur. Ürək döyüntü, dildə yanma, saçlarda tökülmə, dəridə quruluq görülür. Uzun müddət davam edərsə geriyə dönməyən dəyişikliklərə səbəb olur.

Qan azlığı həm qida ilə dəmirin yetərli miqdarda alınmaması həm də qan itirmə nəticəsində olur.

Körpələrdə lazım olan qədər ana südü verməmək, əlavə qidalara gec keçmək, dəmirlə zəngin olan qidalardan az istifadə etmək, inək südü, keçi südü vermək qan azlığı səbəbidir.

Digər səbəblər isə mədə bağırsaqlarda olan eroziya, xora, polip, düz bağırsaqlarda olan çat, müxtəlif xəstəliklərdən mədə-bağırsaq qanamaları səbəbi ilə xroniki qan itirməkdir.

Bəzi qidalar qan azlığına səbəb olur: çay, kakao, kola, inək südü, kalsiyum preparatları, kofeinli içkilər, kəpəkli qidalar

Dəmirdən zəngin olan qidalar: qırmizi ət, qaraciyər, portağal, mandarin, meyvə qurusu, yaşıl tərəvəzlər, bəkməz

Ən vacib məqam qan azlığını önləməkdir. Analizlər, müayinələr olunmalı əsl səbəb tapılmalı, müalicə və sonrasında da profilaktika verilməlidir.

Bir müddət sonra yuxarıda da qeyd ettiyimiz kimi geri dönməyən dəyişikliklərə səbəb olduğu üçün mütləq araşdırılmalı, vaxtında müalicə olunmalıdır.

Müalicədən çox yaranmasını önləmək əsas hədəf olmalıdır!

Bizi sosial mediada izləyin