Körpələrdə reflüks üçün praktik məsləhətlərKörpəniz doğulduqdan sonra və ya 1aylığından sonra yemək sonrası qusur, narahatdır, ağlayır. Doktora gedirsiniz və körpədə reflöks olduğunu deyir. Bu nə deməkdir? Ne vaxta qədər qusacaq, qussa ciddi bir şey olacaqmı? Bəs biz bu reflüks üçün nə edək diyə fikirləşirsinizsə onda bu yazı tam sizin üçündür.
Reflüks nədir? Reflüks mədə içəriyinin yemek borusuna doğru atılmasıdır. Mədə içəriyi öz-özünə yemək sonrasında hec bir gücənmə və ya artıq əziyyət olmadan ağız və burundan gəlirsə bu requrqitasiya (qaytarma) adlanır.
Niyə körpələrdə reflüks olur?Yemək borusunun mədəyə keçən yerində bir əzələ toxuması var. Bu sanki bir qapı rolunu oynayaraq mədədəki qidanın yemək borusuna keçməsini önləyir. Körpələrdə bu əzələ qatı zəif olduğu üçün mədədəki möhtəviyyat rahatlıqla yemek borusuna keçə bilir. Körpə sanki ağzı açıq bir butulka kimi uzanıqlı olanda yediyi ağzına gələ bilir. Körpənin sıx sıx qidalandırılması, tez-tez qidalandırılması, qidalandırıldıqdan dərhal sonra uzandırılması, qazının çıxarılmadan (gəyirdilmədən) uzandırılması, çox köpünün olması reflüksü tetikləyə bilər. Eyni zamanda körpələrdə yemək borusunun qısa olması, qarındaxili tezyiqin çox olması da (bunlar yaşla keçir) reflüksün məhz körpələrdə sıx görülməsinə səbəb olur.
Hər körpədə reflüks olarmı?Xeyr reflüks hər körpədə olmaya bilər və ya olsa da yüngül seyr eliyə bilər. Özəlliklə ilk 1ayda başlayar 3və 4cü aylarda maksimuma çatar və getdikcə azalar, təxminən 12aylığında 80-90% keçər.
Reflüksün əlamətləri nədir, körpəmdə reflüks olduğunu necə bilə bilərəm?- Qidalanma sonrasında ağızdan süd gəlirsə
- Qidalanmadan sonra ağlayaraq arxaya doğru gərilirsə
- Qidadan imtina edirsə
- Qidalanmadan sonra çox narahat olaraq ağlayırsa
- Qidalanmadan sonra çox hıçqırırsa
- Yemək yedikdən sonra yuxudan ağlayaraq tez-tez oyanırsa
Başqa bir səbəblə izah edilməyən sağalmayan xırıltı, öskürək varsa bu zaman reflüksdən şübhələnmək olar və bu zaman bunun səbəbinin nə olduğunu öyrənmək üçün doktorunuza gedin.
Nə zaman əndişələnməliyəm?Gündə 3-4 dəfədən çox qusursa. Qusma həyatın ilk ayından başlamışsa, körpə kilo almırsa, qanlı qusması, nəcisində qan varsa. Qusmalar 1yaşından sonra da davam edirsə o zaman bu patolojikdir və həkiminizlə məsləhətləşin.
Körpəni ev şəraitində necə rahatlaşdıra bilərəm?Birinci növbədə rahat olun reflüks keçib gedəcəkdir. Rahat oturun körpəni qidalandırarkən kürəyinizi bir şeyə söykəyin rahat bir pozisyonda oturun. Körpəni yuxudan həmən əvvəl deyil də yuxudan oyandıqdan sonra qidalandırın. Normal yenidoğulan körpələrdə (həftəsi və kilosu normaldırsa) 3 saat ara ilə qidalandırın(smeslə qidalanırsa). Ana südü ilə qidalanırsa hər ağlayanda qidalandıra bilərsiniz. Verilən qidanın miqdarına diqqət edin. Yenidoğulan körpənin mədəsinin həci ilk 3gündə 5-7ml (fındıq böyüklüyündə) qidanı rahat həzm edə bilir. 3cü gündən sonra 20-25ml (böyük qabıqlı bir qoz böyüklükdə) həcmi rahat yeyə bilir. 1 həftəlik bir körpə 45-60ml həcmində (böyük bir ərik boyda), 1aylığında isə 80-150ml (bir yumurta boyda) qidanı rahat qəbul edə bilir.
Az-az tez-tez qidalandıra bilərsiz. Qidalandırdıqdan sonra mütləq gəyirdiyindən əmin olun və 30 dəqiqə dik pozisyonda tutun. Normal həcmi saatbaşı və ya 2saat ara ilə verməyin. 2saat ara ilə verəcəksinizsə normal aldığnın yarısını və ya yarısından bir az çoxunu verin.
Yedizdirdikdən sonra yatağın başı 15-30 dərəcə dik olmalıdır(reflü yatağı), üzərinə yanına yastıq və ya yorğan örtməyin
Evdə siqaret çəkilməsinə icazə verməyin siqaret qoxusu reflüksü artırır.
Reflüks davam edirsə o zaman doktorunuzla danışın və qidalara kıvam artırıcı əlavə edə bilərsiz. Bu zaman hansı kıvam artırcının olması çox önəmlidir. Qarğıdalı və nişasta tərkiblilər çox kalori verir, düyü tərkiblilər isə öskürəyi artıra bilər (bu hissəsini uşaq qastroenteroloq uzmanı ilə məsləhətləşin).
Anti-reflüks smes də verə bilərsiniz.
Əgər körpə ana südü ilə qidalanırsa qətiyyən ana südünü kəsərək anti-reflüks(AR-smes) smesə keçməyin. Ana südü hər cür smesdən qiymətlidir.
Reflüksü olan körpəlrin kilo almasını düzənli izləmək üçün sıx sıx kilo kontroluna gedin.
Hər şeyə rağmən çox dirəncli qusma və ya reflüks varsa uşaq qastroenteroloji mütəxəsisinə gedin.
Burada yazılanlar yalnız körpələr üçün keçərlidir.
Sağlıqlı həyat diləyirəm.