Uşaqlarda qəbizlik və diyeta nümunələri

Funksiyonal Qəbizlik (FQ) özəlliklə tualet eyitimi alan və məktəbəgədər yaş dövründə sıx görülür

Dünyada görülmə tezliyi 4-36%dir

Uşaq qastroenteroloquna müraciət edən hər 4 uşaqdan 1-də görülür- 25%

Əsasında anatomik-orqanik səbəblər olmayan qəbizliklər funksional qəbizlik kimi tanımlanır və qəbizliyin 95%i funksiyonaldır(yəni cərrahi xəstəlik səbəbi ilə deyil)

FQ bağırsaq hərəkətlərində azalma, tez-tez gücənmə, ağrılı nəcis ifrazı, sərt, bəzən tuvaleti tıxayacaq qədər çox olan və nəcis ifrazı sonrasında bağırsaqlarda tam boşalma hissinin olmaması kimi xarakterizə edilir

Nəcisi tutmaq yoğun bağırsaqlarda və düz bağırsaqda nəcis toplanmasına səbəb olur

Yoğun bağırsaqlarda su geri əmildiyi üçün nəcis sərt bir hala gəlir və ifrazı çətinləşir

Nəcis yığıldıgca bağırsagdakı saya əzələlərin funksiyası pozulur

Nəcisi tutma, suyun geri əmilməsi və saya əzələ funksiyasının azalması daha böyük,sərt və ağrılı nəcis ifrazına səbəb olur

Bu vəziyyət xronikləşərsə xəstənin düz bağırsağı sürəkli sərt nəcislə dolar və bağirsaq hərəkətləri azalar

Nəcisin yumşaq hissəsi düz bağırsaqdakı «tıxacın» ətrafından sızaraq uşağın alt paltarında bulaşmaya səbəb olar

Səbəbləri yaşa görə dəyişir. Körpələrdə ana südündən smesə keçmək, əlavə qidaya keçmək və ya 1yaşında diş çıxarması sonrası sərt qidalardan daha çox istifadə eləmək kimi səbəblərdən olur. Baxça və ya məktəb yaşlı uşaqlarda adət etmədikləri yerdə tualetə getmirlər(iyrənirlər), bəzən də maraqlı oyun oynama sırasında nəcis ifrazını saxlayırlar. Beləliklə nəcis qaldıqca bərkiyir. Sonra nəcisə gedəndə düz bağırsaqda ağrı verdiyi üçün uşaq nəcisini tutmağa başlayır, tualet və ya qarşokda oturmaq istəmir. Maksimum nəcisini tutur çünki, nəcis ifrazı uşağa inanılmaz ağrı verir beləliklə qüsurlu dövran yaranır. Nəcisi tutur ki, ağrı olmasın, tutduqca tam tərsinə nəcis ifrazı daha da ağrılı olur. Ona görə də müalicə çox vaxt effektsiz olur. Çünki uşaq özünü maksimum tutur.


Bəs qəbizlikdə nə etmək lazımdır?

Əsas qidalanma, hərəkət, su içmək və qarşok və ya tualetə oturmaqdır(çöməlmək). Bunların hər hansı biri olmadıqda qəbizliyi müalicə etmək çətinləşir. Mümkünsə qəbizliyin müalicəsinə erkən başlamaq lazımdır. Qəbizlik müalicəsində ideal bir dərman mövcud deyil. Müalicə kompleks olmalıdır. əsas valideynlərin qəbizliyin mexanizmini düzgün anlamalıdır. Müayinə zamanı əgər düz bağırsaqda sərt nəcis kütlələri varsa mütləq bağırsaqlar boşaldılmalıdr. Əks təqdirdə ağızdan verilən dərmanlar təsir etməyəcək.

Ilk başda dərmanlar gündə 1-2 dəfə yumşaq və ağrısız nəcis çıxaracaq dozada verilməlidir. 


Bəs müalicə nə qədər davam etməlidir, qəbizlik tam müalicə olunurmu?

Qəbizliyin sağalması altta yatan xəstəlikdən, genetik meyllilikdən, qəbizliyin nə qədər uzun sürməsindən və diyetanın nə qədər düzgün tətbiq edilməsindən asılıdır.

Aparılmış tədqiqatlar göstərir ki, 3.5 aydan az müddətdə qəbiz olan uşaqların 39%i 6 aylıq müalicədən sonra tam sağalır. 3 il içində 15% xəstədə qəbizlik təkrar başlayır. 3aydan qısa müddətdə qəbiz olanlarda sağalma ehtimalı yüksəkdir. Illərlə qəbiz olanlarda tam sağalma ehtimalı azdır. 6aylıq müalicədən sonra 30% hallarda qəbizlik tam sağalır, geri qalanında yaxşılaşma olsa da yenə ara ara qəbiz olurlar. Müalicədə ən mühüm amil uşağın müalicə sırasında qəbiz olmamasıdır, qəbiz olarsa hər şey yenidən başlayır.

Lifli qidalanma, bol su içmək, fiziki aktivlik, işlənmiş qidalardan az istifadə (yaş+5-10qr lif)

Hər yeməkdən sonra tuvalettə 5-10 dəqiqə oturmaq

Oturarkən uşaqların ayaqlarının tam döşəməyə toxunmasından əmin olmaq

Anal bölgədə çat, bişməcə varsa onu müalicə etmək

Qəbizlik yaradan dərmanların azaldılması


Farmakolojik müalicə

  • Boşaltma müalicəsi

  • Əsas müalicə

Qəbiz olan uşaqlar necə qidalanmalıdr?


Nələri yemək olmaz:
  • Ağ çörək

  • Hər cür ağ un məmulatı

  • Biskivit, çipsi, şokolad

  • Kola, qazlı su, hazır meyvə suyu, çay

  • Qızartmalar

  • Düyü, makaron

  • Süd


Nələr yeyilməlidir?

Yüksək lifli yarma ilə uşağınızın xoşladığı taxıl ilə qarışdırın

Tam buğda çörəyi (və ya lif əlavə edilmiş ağ çörək), qəhvəyi düyü, tam buğdalı kraker, kəpəkli kekslər, arpa, kəpək taxılları və ya yulaf əzməsi istifadə edin

Daha az təmizlənmiş (kəpəkli) un çörəkləri, dənli bitkilər və digər nişastalardan istifadə edin

Qəlyanaltılar və yeməklərlə birlikdə yerkökü, təklif edin

Hər gün tünd yaşıl kahı ilə salat təklif edin

Qabıqlı təzə meyvələr təklif edin

 Gavalı və armud sorbitol ehtiva etdiyi üçün təbii laksatifdir

Lazım gələrsə, hər gün orta miqdarda (120-160 qram) sorbitol ehtiva edən şirə (gavalı, alma və ya armud suyu) təklif edin

Ancaq unutmayın ki, təzə meyvələrdə şirədən daha çox lif var

Popkorn verə bilərsiz(3yaşdan yuxarı)

Uşağınıza kəpək dadını inkişaf etdirməyə kömək edin

Hər gün 2-4 xörək qaşığı kəpək əlavə etməyə çalışın

Çörəklərə və salatlara qoz-fındıq və ya toxum əlavə edin və ya qəlyanaltı kimi istifadə edin

Bu, 3 yaşdan kiçik uşaqlar üçün tövsiyə edilmir

Qidaların etiketlərini oxuyun və hər porsiyada 3 və ya daha çox qram lif olan qidaları seçin

Çocuğunuza hər gün 3 və ya daha çox porsiya tam taxıl və kəpəkdən hazırlanmış çörək və dənli bitkilər yedirin

Uşağınıza lobya da daxil olmaqla 5 və ya daha çox porsiya tərəvəz və meyvə yedirin

Lif artırdığınız zaman pəhrizdə suyun artırılması vacibdir

Həmçinin, uşağınıza gündə ən azı 4-8 stəkan maye, tərcihən su,  verin

 Orta miqdarda alma, gavalı və ya armud suyu da bəzi uşaqlarda qəbizliyin qarşısını almaq üçün faydalı ola bilər

Ərik və ya ərik qurusu gündə ən az 3-4 ədəd(meyvə qurusunu dəmləyib yedirtmək də olar, burada əsas meyvənin özüdür)

Alça və ya qurusu, az miqdarda banan (verib yoxlamaq olar xüsusən səhər yeməyi zamanı vermək daha faydalıdır), rəzənə çayı(günorta və ya axşam yeməyindən sonra 1 stəkan), ağ kələm(qaynadıb suyunu da verə bilərsiz, dolma şəklində də verilə bilər), əncir(səhər yeməyi və ya ara yeməklərdə 4-5 ədəd), zeytun yağı(səhərlər ac qarnına 5-10ml içmək və ya yeməklərdə istifadə etmək olar), yulaf(suyla qatıb hazırlamaq olar içərisinə alma-armud da əlavə etmək faydalıdır), armud(xüsusən qabıqlə yeyilməlidir), limonlu qatıq(1 kasa qatığa 1 dilim limon sıxın) çox istifadə olunmalıdır.

Bizi sosial mediada izləyin