Uşaq Qastroenterologiyası haqqında ümumi məlumat

1.Uşaq Qastroenterologiyası nədir?

Uşaq Qastroenterologiyası 0-18 yaş arası uşaqlarda həzm sistemi xəstəlikləri və eyni zamanda qidalanma ilə bağlı problemlərlə məşğul olan elm sahəsidir.

Qastroenterologiyanın qaraciyər, öd yolları və pankreasla məşğul olan hissəsi Hepatologiya adlanır

2.Uşaq Qastroenteroloqu pediatrdan fərqli olaraq daha dar sahədə uzmanlaşmış bir mütəxəsisdir. 

Ağız, yemək borusu, mədə, nazik-yoğun bağırsaqlar, qaraciyər, öd yolları, pankreas, qidalanma (enteral və parenteral), qidalanma pozğunlugları, qidalanma vəziyyətinin dəyərləndirilməsi kimi problemlərlə məşğul olur

Eyni zamanda yemək borusu, mədə, 12 barmag bağırsag, nazik bağırsagların bir hissəsi, yoğun bağırsaglarda Ezofaqoqastroduodenoskopiya və Kolonoskopiya kimi işləmləri də icra edir, lazım gəlsə biyopsiya örnəkləri də alır

Eyni zamanda yemək borusu, mədə və on iki barmaq bağırsağa düşən yad cisimləri endoskopik üsulla çıxarır

3. Uşaq Qastroenteroloqu hansı xəstəlikləri müalicə edir?

Yemək borusu xəstəlikləri(eozinofillik ezofagit, ezofagitin fərqli növləri), qastritlərin bütün növləri, nazik bağırsaq xəstəlikləri (seliakiya, qisa bağırsaq sindromu, xroniki ishallar), qaraciyərin virüs xəstəlikləri, anadangəlmə xəstəlikləri, xolestazlar, pankreas xəstəlikləri (kəskin və xroniki pankreatitlər), kistik fibrozis, malabsorbsiyon sindromları, disbiozlar, cərrahi olmayan qarın ağrıları, yoğun bağırsaq xəstəlikləri (Crohn xəstəliyi, Xoralı kolitlər), qəbizliklər, alt və üst qastrointestinal qanamalar, inək südü protein allergiyası, bağırsaqda olan helmintozlar (parazitlərin) və s xəstəlikləri müayinə və müalicə edir

 Endoskopik yöntəmlərlə qida borusu, mədə, onikibarmaq bağırsaq, yoğun bağırsaqda olan patologiyaların diaqnozunun qoyulmasında və biyopsiya örnəklərinin alınmasını, eləcə də uşaqlar tərəfindən udulmuş yad cisimlərin çıxarılmasını icra edir

Eyni zamanda digər orqanların xəstəlikləri zamanı mədə bağırsaq sistemində baş verən dəyişiklikləri izləyir lazım gəldiyində müalicə edir. Məsələn qusma, sarılıq, qarın ağrısı kimi simptomlar həm mədə bağırsaq xəstəliklərində həm də müxtəlif xəstəliklərdə görülə bilir. Bu kimi simptomların mədə bağırsaq sistemi xəstəliklərindən qaynaqlandığını və ya qaynaqlanmadığını araşdırır.

 

Bizi sosial mediada izləyin