Sağlıqlı Körpələrin qidalanması
Dəyərli valideyinlər, hamiləliyin başlanmasından 2 yaşına qədər olan 1000gün körpələrin qidalanmasında həyatı əhəmiyyətə malik bir dövrdür və bütün yaşam boyunca sağlamlığa təsir edir. Körpə qidalanmasında ən əhəmiyyətli ünsür 6ayına qədər sadəcə ana südü ilə qidalanmadır. İlk ayda körpələr gün içərisində 8-12 dəfə əmizdirilə bilər. Ana südü tez həzm olunduğu üçün bəzən körpələr tez-tez aca bilər. İlk 6ayda körpəyə su verilməməlidir. Əmizdirmə müddəti 20 dəqiqəyə qədər olmalıdır və hər iki süd vəzisindən əmizdirilməlidir. Əlavə qidalanmaya 6-cı aydan uyğun miqdarda və uyğun qidalarla başlanmalıdır. Əlavə qidaya 6aydan erkən və ya çox gec başlamaq həzmlə və qidalanma ilə bağlı bəzi problemlər yarada bilər. Nadir hallarda əlavə qidalara həkim nəzarəti ilə 5-ci aydan da başlana bilər, amma ən sağlıqlı başlanma müddəti 6-cı aydır. Ana südü ilə əmizdirmə 2yaşına qədər davam etməlidir. Ana südü ilə qidalanan körpələrdə sadəcə Dvitamini və dəmir ehtiyacı ola bilər. D-vitaminini doğum evindən evə yazılanda, dəmir profilaksiyasına isə 4-cü ayda başlanması(vaxtında doğulan, sağlıqlı uşaqlarda) uyğundur.
Körpəyə süni qida lazım olub-olmamasına və hansı süni qida verilməsinə həkim qərar verməlidir.
Ana südünün faydaları
Körpələr üçün:
Ana südü ilə qidalanan körpələrdə astma, piylənmə, tip1 şəkərli diabet, aşağı tənəffüs yolu xəstəlikləri, kəskin orta qulaq iltihabı, qəfləti uşaq ölümü sindromu, qastrointestinal infeksiyonlar(qusma, ishal) risqi ana südü ilə qidalanmayanlara nisbətən daha azdır. Ayrıca ana südü ilə qidalanan sağlıqlı körpələrin beynin koqnitiv funksiyaları ana südü ilə qidalanmayanlara nisbətən bir qədər daha yaxşı inkişaf edir.
Ana üçün:
Süd vəzi xərçəngi, yumurtalıq xərçəngi, tip2 şəkərli diabet və arterial hipertenziya(təzyiq xəstəliyi) risqi daha az olur.
Doğumdan sonra əmizdirməyə nə zaman başlamalıyam?
Doğumdan sonra ilk yarım saat içərisində ana südü ilə qidalanmaq ən ideal bir zamanlamadır. Körpənin süd ehtiyacı həm gündən günə, həm də eyni gün içərisində öyündən öyünə dəyişiklik göstərə bilər
Sezəryənlə uşaq doğdum ana südünün gəlməsi üçün nə etməliyəm? Sezeryənlə doğum zamanı ana südünün gəlməsi təbii doğuşa nisbətən bir qədər gec ola bilər 48-72 saat içərisində süd gedərək artar. Mütləq tez-tez əmizdirmək və uşağın süd vəzisini tam boşaltmasını təmin etmək lazımdır. Ana da düzənli qidalanmalı və normal yatmalı, mümkün olduğu qədər stressdən uzaq olmalıdır. əgər ana südü yetmirsə keçici olaraq qısa bir müddətə süni qida vermək olar, ana südü artınca süni qida kəsilməlidir. Süni qida veriləcəksə ilk öncə ana südü verilməli sonra üzərinə süni qida verilməlidir(körpənin ala bildiyi qədər, ilk vaxtlar hər qidalanma sonrası 10-15ml). Ana körpəni əmizdirəndə uyğun pozisyonda əmizdirməli və körpəni mütləq hər iki döşə qoymalıdır.
Südümü artırmaq üçün nə etməliyəm?
Südü artırmaq üçün mütləq və mütləq körpəni tez-tez əmizdirmək lazımdır. Ana gün içərisində uyğun qidalanmalı, yeməyinə fikir verməli və bol su içməlidir (gündə 3litrəyə yaxın normal su içməlidir). ən az 8 saat yatmalı, stressdən uzaq olmalı və yaxşıca dincəlməlidir, südü artıran ideal dərman yoxdur!
Südün körpəyə çatıb çatmamasını necə bilə bilərəm?
Körpə hər acanda ana südü verilə bilər. 15-20 dəqiqə əmizdirmək kifayəttir. Əgər uşağın çəki alması və böyüməsi normaldırsa deməli südünüz yetərlidir. Körpə ilk 3 ayda gündəlik 25-30 qr kilo almalıdır. İlk 6ayda körpəyə qatı qida verilməməlidir. Əgər ana südü yetmirsə əlavə süni qida başlanmasına həkim qərar verməlidir.
Əgər südüm çatmırsa körpəyə inək südü və ya keçi südü verə bilərəmmi?
1yaşdan balaca uşaqlara inək və ya keçi südü verilməz! Çünki bu mədə-bağırsaq problemləri ilə yanaşı qan azlığına(anemiya), vitamin əksikliyinə gətirib çıxarda bilər.
Körpəmə əlavə qidani necə başlayım?
Əlavə qidaya 6-cı ayda başlayın. Əlavə qida verərkən körpənin kefi yerində olmalı, dik otuzdurmalı, 1çay qaşığından başlanmalıdır. Bu zaman verilən əlavə qidalar tanışlıq məqsədi güdür və əsas öyünün yerinə keçmir. Tək bir növ qida ilə başlanılır, qaşıqla verilir, körpə alışdıqca artırılır. İlk bir neçə gün üyni qida yavaş artırılaraq verilir, digər qidaya bir neçə gün sonra keçilir. Uşaq istəməzsə zorla verilməməlidir, sadəcə qısa aralıqlarla təklif edilməlidir. Yeni bir qida verərkən körpə istəksiz ola bilər bu iştahsızlıq deyildir, 3gün ard arda təklif etməli(gündə bir neçə dəfə) yeməsə 2 həftə ara verib təkrar yoxlamaq lazımdır. Qatı qidalara keçərkən öyümə normaldır yavaş-yavaş səbrlə verilməlidir. Meyvə püresi, qatıq, yoqurt, tərəvəz püreləri ilə başlana bilər.
Nə qədər əlavə qida verməliyəm?
əlavə qidaya 6-cı aydan sonra ana südünə davam edərək başlanmalıdır. əlavə qida başlandıqdan sonra ilk aylar verilən ana südü öyün sayı azaldılmamalıdır. əlavə qida 6-8aylar arasında gündə 2 dəfə verilə bilər (hər öyün 1armudu stəkanı keçməməlidir). Sonra yavaş-yavaş artırılaraq 3 öyün şəklində verilə bilər.
Körpəm ayda neçə kilo almalıdır?
Doğum sonrasında bir həftə içərisində yenidoğulan körpə təxminən 10% kilo itirir maksimum 15-ci gün doğum kilosunu geri qazanır. Vaxtında doğulan bir körpə 5-ci ayda doğum ağırlığının 2qatına, 12-ci ayda isə 3qatına qədər kilo alır.
1-ci ayda təxminən 900qr
0-6ayda təxminən ayda 600qr
6-9-cu aylarda ayda təxminən 450qr
6-12-ci aylarda ayda təxminən 400qr kilo alır.
Körpəmin boyu normalmı uzanır, necə bilə bilərəm?
Vaxtında doğulan bir körpənin boyu ortalama təxminən 47-51sm olur. İlk 1 il içərisində körpə ortalama 25-30sm boy atır. İlk və ikinci 3 ayda təxminən 8sm(ilk 6 ayda toplam 16sm), sonra 3cü və 4cü 3aylarda isə(ikinci 6ayda isə toplam 8sm) 4sm boy atır. 1yaşında körpənin boyu təxminən 75sm, 4yaşında isə 100sm olur.
Əlavə qidanı necə verməliyəm və nələrə diqqət etməliyəm?
Körpəyə 1yaşından əvvəl bal, yumurta ağı, göbələk, duz və şəkər vermək olmaz.
Boğulmaya səbəb ola biləcək ləbləbi, quru üzüm, bişməmiş kök, qənd kimi sərt və yuvarlaq qidalar körpəyə verilməməlidir.
Nitrat içərən sosisqa, kolbasa körpəyə verilməməlidir.
Körpələrə çay, bitgi çayları, şəkərli içəcəklər, konserva qidalar, hazır poroşok şəklində suplar, hazır meyvə suları, şəkərli qatıq, yoqurt, şəkərli-duzlu pendirlər, bibərli qidalar verilməməlidir.
Qidalara şəkər və duz əlavə edilməməlidir.
Meyvə və tərəvəzlər mövsümə uyğun olaraq verilməlidir.
Körpələrin aylara görə ala biləcəyi qidalar hansılardır?
0-6cı aylarda sadəcə ana südü verilməlidir.
6-8ci aylarda: ana südünə davam edilir, əlavə(tamamlayıcı) qida olaraq qatıq, tərəvəz supları, qaynadılmış yumurta sarısı, duzsuz ağ pendir verilə bilər. Bu qidalar mikserdən keçirdilməməlidir, əzilərək yumşaq konsistensiyaya gətirilərək verilməlidir.
8-12ci aylar: Əsas qida ana südüdür. 6-8ci aylarda verilən qidalara əlavə olaraq tam yumurta, paxlalılar, makaron, düyü, çörək, mal əti, toyuq əti, kiftə, tərəvəzli yeməklər verilməlidir.
Yumurta sarısı necə verilir?
Yumurta sarısı adətən 6cı aydan sonra verilir. Bir yumurta bərk qaynadılır, sarısının 4də birindən başlayaraq 3 gündə yavaş-yavaş artırılaraq verilməlidir.
Ət yeməkləri necə verilir?
Qızartma yerinə qaynatma və suda bişirmə önərilir, yaxşı bişməlidir, yanmamalıdır, ət ən azı 2-3 dəfə çəkilməlidir.
Meyvələr (6cı aydan etibarən) və pürelər
Şəftəli(6cı aydan etibarən)
6cı aydan etibarən 1 kiçik boy şəftəli şüşə rəndədən(tverka) keçirilib əzilərək püre halına gətirilməli əgər qatı olarsa az miqdarda ana südü və ya smes qatılaraq 1çay qaşığından başlayaraq 3 gündə 1 bütöv (kiçik boy) şəftəliyə qədər artırıla bilər. Uşaqlara meyvə suyu verməyin.
Armud, ərik püresi (6cı aydan etibarən)
2 quru ərik 1 kiçik boy armudu (ərik qurusunu isti suda saxlayaraq yumşaldın, doğrayın və çəngəllə əzin, armudu rəndədən keçirərək əzin) qarışdıraraq 1çay qaşığından başlayıb yavaş-yavaş artırın(yarım kasaya qədər).
Taxıllı tərəvəz püresi (6cı aydan etibarən)
Yarım kök, 1ovuc ispanaq, 1çay qaşığı yulaf
Əzib qarışdırıb içərisinə az miqdarda su(5-10ml) əlavə edib əzərək verə bilərsiniz. Hazır olduqdan sonra üzərinə 2.5ml süzmə zeytun yağı əlavə edə bilərsiniz. 1kasya qədər verə bilərsiniz.
Balqabaq püresi (6cı aydan etibarən)
1nazik dilim balqabaq, 2.5ml zeytun yağı
Balqabaq dilimini əzilənə qədər yaxşıca bişirin, üzərinə 2.5ml zeytun yağı əlavə edərək çəngəllə yaxşıca əzin, püre halına gətirin. Yarım kasaya qədər verə bilərsiniz.
Qatıq (6cı aydan etibarən)
Qatığı ana südü və ya smeslə mayalaya bilərsiniz. 90ml suya 4qaşıq mama(smes) və ya 90ml ana südünə 1xörək qaşığı qatıq əlavə edin.5-6saat mayalandəqdan sonra 1 gün buz dolabında saxlayın. Sonra otaq temperaturuna qədər isindikdən sonra yarım kasaya qədər verə bilərsiniz.
Bananlı muhalləvi (6cı aydan etibarən)
1armudu stəkan içmə suyu, 1çay qaşığı yulaf unu, 2.5ml zeytun yağı, ana südü və ya smes (15-20ml), yarım banan, 5ml bəkməz.
1çay qaşığı yulaf ununu 1armudu stəkan suda bişirin, 2.5ml kərə yağı və ya zeytun yağı əlavə edin, konsistensiyası bir qədər durulana qədər ana südü və ya smes əlavə edin. Yarım bananı püre halına gələnə qədər əzin və yuxarıdakı qarışığa əlavə edin. 2.5-5ml bəkməz əlavə edərək 1balaca kasaya qədər yedirə bilərsiniz.
Tərəvəz şorbası (6cı aydan etibarən)
1 kiçik dilim balqabaq, 1kiçik boy kartof, yarım kök, 2,5ml zeytun yağı 60ml ana südü və ya smes.
1 kiçik dilim balqabağı, 1 kiçik boy kartofu və yarım kökü qarəşdıraraq bişirin. Üzərinə 2.5ml zeytun yağı əlavə edin. Üzərinə ana südü və ya smes əlavə edərək püre halına gətirin. 1balaca kasa yedirə bilərsiniz.
Taxıllı muhalləvi (6cı aydan etibarən)
1armudu stəkan su, 1çay qaşığı düyü unu
1armudu stəkan suya 1çay qaşığı düyü ununu qarışdırıb bişirin. Bu qarışığa 30ml ana südü və ya 3qaşıq tozz mama(smes) əlavə edib qarışdırın. Dadı yaxşı olsun deyə 1meyvənin püresini də əlavə edə bilərsiniz. 1balaca kasa yedirə bilərsiniz.
Bulqurlu tərəvəz püresi (6cı aydan etibarən)
Yarım kartof, yarım kabak, 1xörək qaşığı bulqur, 5ml zeytun yağı
Bulqur, kabak və kartofu qaynadın süzgəçdən keçirin. Üzərinə 5ml zeytun yağı əlavə edin. 1balaca kasa yedizdirə bilərsiniz.
Kahvaltı (səhər yeməyi) (7ci aydan etibarən)
1xörək qaşığı yulaf unu, 1çay qaşığı labne pendiri, 5ml bəkməz, ana südü və ya smes
1xörək qaşığı yulaf unu qaynadılıb əzilir. Içərisinə 1çay qaşığı labne pendiri və 5ml bəkməz əlavə olunub qarışdırılır. Üzərinə ana südü və ya smes əlavə edib 1balaca kasa yedirilə bilər.
Pendirli tərəvəz püresi (7ci aydan etibarən)
Yarım orta boy kərəviz, yarım orta boy kök, yarım orta boy kabak, yarım orta boy kartof, 60ml ana südü və ya smes, 1 kibrit qutusu boyda duzsuz ağ pendir
Kök, kərəviz, kartof və kabak qaynadılır, süzgəcdən keçirilir. Üzərinə 60ml ana südü və ya smes hazırlanaraq əlavə edilir. Üzərinə 1 kibrit qutusu boyda duzsuz pendir əlavə edərək 1 balaca kasa civarında yedizdirə bilərsiniz.
Kumpir (7ci aydan etibarən)
1orta boy qaynadılmış kartof, yarım qaynadılmış yumurta sarısı, 10ml bəkməz, yarım kibrit qutusu duzsuz pendir, 30ml ana südü və ya smes.
Yumurta sarısı, bəkməz, pendir ana südü və ya smes (30ml) qarışdırılır. Qaynadılmış və içi oyulmuş kartofun içərisinə qoyularaq verilə bilər.
İstifadə olunmuş ədəbiyyat: