Uşaqlarda B12 və Fol turşusu əksikliyi



B12 əksikliyi inkişaf etmiş ölkələrdə 1-3% sıxlıqda görülməkdədir.

Türkiyədə aparılan bir araşdırmada B12 əksikliyi 5.9%, Fol turşusu əksikliyi 23.3% sıxlığında görülmüşdür. İnkişaf etməkdə olan ölkələrdə bu sıxlıq daha da artmaqdadır.

Əksikliyi həm qida ilə B12/Fol turşusunun az alınması, həm də alınsa belə bağırsaqlardan sorulmasında problem olmasıdır.

Mənbəyi əsasən heyvansal qidalardır. Qırmızı ət, toyuq əti, süd, qatıq, pendir, yumurta, balıqda bol miqdarda olur. Vegeteriyan qidalananlarda və ya bu məhsulları kifayət qədər yeməyənlərdə əksiklik görülür. Qidaları uzun müddət bişirəndə də B12 vitamini azalır.

Fol turşusu isə ən çox qaraciyər, toyuq əti, yumurta, soya məhsulları,kartof, buğda məhsulları bəzi tərəvəz və meyvələrdə olur. Bu vitaminlər qan yaranma, immunitet, böyümə, sinir sisteminin inkişafı üçün çox önəmlidir.


Həzm sistemində olan bəzi xroniki xəstəliklərdə qidada kifayət qədər olsa belə bağırsaqlardan sorulması pozulur. Xüsusən qastrit, seliakiya, xroniki ishallarda, iltihabi bağırsaq xəstəliklərində, nazik bağırsaqlarda əməliyyat olan uşaqlarda əksiklik görülə bilər. Bir digər səbəb isə pernisioz anemiyasının olması və hamiləlikdə ananın yetərli B12/Fol turşusu almamasıdır. Bu vitaminlər bədəndə sintez olunmur və bitkisəl qidalarda olmurlar. Hər ikisinin əksikliyinin əlamətləri oxşardır.


İştahsızlıq, qəbizlik, körpələrdə üzdə olan titrəmələr, reflekslərin zəifləməsi, anemiya, depressiyon, yaddaş zəifliyi kimi əlamətlərlə özünü göstərir. Xüsusən B12 çatışmayanda əllərdə-ayaqlarda uyuşma, əzələ gücsüzlüyü, yerimədə çətinləşmə, depressiya, yorğunluq, ürək döyüntüsünün artması, dəri rənginin avazıması, dildə qlossit, yanma, yaralar, mədə bulantısı, qusma müşahidə edilir.

Qanda B12 vitamininin miqdarı 200pg/ml-dən çox olmalıdır. Fol turşusu isə 2.7-17nq/ml arasında olmalıdır.


Fol turşusu da B12 əksikliyindəki əlamətlərə oxşar simptomlar versə də onun əksikliyində sinir sistemi əlamətləri olmur. Bunlardan birinin çatışmazlığı digərinin əlamətlərini maskaladığı üçün qanda hər birinin düzəyinə ayrı ayrı baxılmalıdır.

Müalicəsində hər iki vitaminin daxilə və ya iynə şəklində(B12) əzələyə qəbulu məsləhət görülür.


Bizi sosial mediada izləyin